CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni kanal açılır: Üç namizəd var

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidТелевизионная испытательная таблица на экране телевизора
Телевизионная испытательная таблица на экране телевизора - Sputnik Azərbaycan
Abunə olmaq
Müsabiqənin nəticələrinə MTRŞ-nin iclasında baxılacaq

BAKI, 11 aprel — Sputnik. Yeni ümumrespublika xəbər kanalının açılması ilə bağlı elan edilmiş müsabiqəyə sənəd qəbulu başa çatıb.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli - Sputnik Azərbaycan
CƏMİYYƏT
MTRŞ sədri: "Efirdən ləhcə ilə danışmaq olmaz"

Milli Tеlеviziya və Radiо Şurasından (MTRŞ) Sputnik Azərbaycan-a verilən məlumata görə, qurumun yeni ümumrespublika xəbər kanalının açılması ilə bağlı elan etdiyi müsabiqəyə sənəd qəbulunun vaxtı bu gün başa çatıb.

Martın 11-dən aprelin 11-dək elan edilmiş müsabiqədə iştirak etmək üçün 3 iddiaçı - “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və “RTV” Məhdud Məsuliyyətli Cəmiyyəti tələb olunan sənədləri Milli Tеlеviziya və Radiо Şurasına təqdim edib.

Müsabiqənin nəticələrinə MTRŞ-nin iclasında baxılacaq.

Xəbər lenti
0