ELM

Hökumət məktəb direktorları barədə qərarını dəyişdi

© Sputnik / Murad OrujovКабинет министров Азербайджанской Республики
Кабинет министров Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılmış məktəblərin direktorlarının maaşı artırılıb

BAKI, 11 aprel - Sputnik. Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının və direktor müavinlərinin aylıq vəzifə maaşı artırılıb.

Джасарат Валехов: На выставке будет продемонстрировано, какими технологиями Азербайджан владеет в сфере образования - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təhsil Nazirliyi məktəb direktorunun təhqiramiz fikirləri ilə bağlı açıqlama verdi

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

İndiyə qədər bu ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 535 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı 482 manat olub. Dəyişikliyə əsasən, direktorların aylıq vəzifə maaşı 587 manata qaldırılıb. Direktor müavinlərinin aylıq vəzifə maaşı isə direktorun vəzifə maaşından 10 faiz aşağı müəyyən edilib.

Bu qərar 2019-cu il martın 1-dən tətbiq edilir.

Xəbər lenti
0