BAKI, 10 aprel — Sputnik. "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov tutduğu vəzifədən istefa verib.
Sputnik Azərbaycan klubun rəsmi saytına istinadla xəbər verir ki, T.Heydərov 2006-cı ildən "Qəbələ" İdman Klubunun prezidenti vəzifəsində fəaliyyət göstərib.
Qeyd edək ki, Tale Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.