CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu ilin əvvəlindən ən azı 17 nəfər dəm qazından boğularaq ölüb

CC0 / Bou Dee / GasQaz plitəsi, arxiv şəkli
Qaz plitəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
2018-ci il ərzində dəm qazından ölənlərin sayı isə ümumilikdə 28 olub

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 7 aprel — Sputnik. Havaların isinməsi həm də dəm qazından “boğulma mövsümü”nün başa çatması deməkdir. Lakin ötən il olduğu kimi yanvarın 1-dən bu günədək olan bir zamanda dəm qazından boğularaq dünyasını dəyişənlərin sayı az olmayıb.

Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
HADİSƏ
Ağdamda dəm qazı can aldı

Sputnik Azərbaycan-ın əməkdaşı KİV-də yer alan xəbərlərə əsasən, yanvarın 1-dən bu günədək dəm qazından ölənlərin statistikası ilə bağlı material hazırlayıb:

Yanvarın 9-da Sumqayıt şəhər sakini 1991-ci il təvəllüdlü Dilbər Məmmədova dəm qazından boğularaq ölüb.

Yanvarın 12-də isə Bakıda 1997-ci il təvəllüdlü ana Allahverdiyeva Gülan və övladı, 2014-cü il təvəllüdlü Allehverdiyev Rəşad dəm qazından boğularaq dünyasını dəyişib.

Yanvarın 26-da Bakıda 1980-cı il təvəllüdlü Sadıqov Emin yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Yanvarın 28-də Bərdə rayonunda da bədbəxt olay baş verib. 13 yaşlı Məmmədli Aysu dəm qazından boğularaq dünyasını dəyişib.

Fevralın 6-da Masallıda 55 yaşlı Hənifə Nurullayev və həyat yoldaşı Elnurə Zülfüqarova dəm qazından boğularaq dünyasını dəyişib.

Fevralın 11-də 1989-cu il təvəllüdlü Ələşrəfova Aygün dəm qazından boğularaq ölüb.

Fevralın 18-də Biləsuvarda məktəbli qız Elxanə Hüseynzadə dəm qazından boğularaq dünyasını dəyişib.

Fevralın 25-də dünyasını dəyişən Naftalan rayonunun icra başçısı Rövşən İbrahimovun da dəm qazından boğulduğu söylənilib.

Fevralın 26-da isə Bakıda tələbə qız Camalova Aytən dəm qazından boğularaq dünyasını dəyişib.

Eyni tarixdə Bakıda daha bir ailə faciəsi baş verib. 28 yaşlı ana Cəfərova Elmira və övladları – 4 yaşlı oğlu Əli, 3 yaşlı qızı Fatimə və yaş yarımlıq körpəsi Zəhra dəm qazından boğularaq dünyasını dəyişib.

Dəm qazı, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakı və Şamaxıda faciə: Dəm qazı bir neçə nəfərin həyatına son qoydu

Fevralın 21-də isə Bakıda 1951-ci il təvəllüdlü Əliyeva Sevil və onun nəvəsi, 2008-ci il təvəllüdlü İsmayılov Ülvi də dəm qazından boğularaq ölüb.

Bu isə o deməkdir ki, təkcə bu ilin ilki 3 ayında 17 nəfər dəm qazından boğularaq dünyasını dəyişib. Təkcə ötən il ərzində isə dəm qazından boğularaq ölənlərin sayı 28 olmuşdu.

Bakı şəhər Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovun yanvarın 1-dən bu günədək daxil olan müraciətlərlə bağlı Sputnik Azərbaycan-a açıqladığı məlumatlar isə fərqlidir: "Öncəki 3 ayda isə dəm qazı ilə bağlı 34 müraciət daxil olub, onlardan 22-si xəstəxanaya yerləşdirilib. Onlar arasında ölən olmayıb".

"Son bir həftədə dəm qazı ilə bağlı 11 müraciət daxil olub. Onlardan 7-si xəstəxanaya qəbul edilib. Onlardan ikisi uşaq olub. Həmin şəxslər arasında ölən olmayıb. Bu şəxslər bir və iki sutka ərzində xəstəxanada qaldıqdan sonra evə buraxılıb" – deyə rəsmi açıqlamada deyilir.

Xəbər lenti
0