Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 6 yanvar - Sputnik. Ağdamda dəm qazı 46 yaşlı Məmmədova Sevda Yusif qızının həyatına son qoyub.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. Rayon sakini, 1973-cü il təvəllüdlü Məmmədova Sevda Yusif qızı vanna otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.