CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Öz həyətində uşaqlara təmənnasız rəssamlıq öyrədən astaralı sənətkar

Abunə olmaq
Astaranın Rinə kənd sakini Babaş Hacıyev evinin həyətində tikdiyi “Rəssam evi”ndə kənd uşaqlarını rəngkarlıqla məşğul olmağa həvəsləndirməyə, həmkəndlilərinin yaradıcılıq potensialını artırmağa çalışır.

Astaralı rəssam “Rəssam evi”ni açanda bu qədər uşağın maraq göstərəcəyini düşünməyib. Şagirdlərinin sayı artdıqca isə onlara rəssamlığı təmənnasız öyrətməyə başlayıb.

Rəssam, heykəltəraş və dizayner Babaş Hacıyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Rəssamlığı sevdirməyəndən sonra öyrətmək mümkün deyil"

Babaş Hacıyev Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində deyib ki, onun məqsədi kənddə 3-4 rəssam, memar yetişdirməkdir. Ona görə də rəssamlığı, çertyoj çəkməyi və heykəltəraşlığı öyrədir.

O düşünür ki, uşaqların sənətə marağı, əl qabiliyyəti varsa, onlara balaca yaşlarından yol göstərmək, dəstəkləmək lazımdır. Onun fikrincə, əsas nöqsanlarımızdan biri rəssamlığı məktəblərdə, uşaq bağçalarında tədris edərkən uşaqlara sevdirməməkdir. Sevgisiz isə uşaqlara bunu öyrətmək mümkün deyil.

Bütün həyatını rəngkarlığa, incəsənətə həsr edən astaralı rəssam özündən sonra yaradıcı nəsil yetişdirməyi ən ali mükafat hesab edir.

Xəbər lenti
0