Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycanın NATO, ya da Rusiya seçimi yoxdur

© AFP 2024 / GEORGES GOBETNATO-nun Brüsseldə mənzil-qərargahına əsas giriş
NATO-nun Brüsseldə mənzil-qərargahına əsas giriş - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, həm Rusiya, həm də Türkiyə ilə münasibətləri yüksək səviyyədədir.

BAKI, 5 aprel — Sputnik. Azərbaycan NATO-nun yaxın tərəfdaşıdır, beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olmasında Alyansla sıx əməkdaşlıq edir. Bunu NATO baş katibi Yens Stoltenberq Vaşinqtonda NATO-nun təsis olunmasının 70-ci ildönümü münasibətilə NATO xarici işlər nazirlərinin iclası çərçivəsində mətbuat üçün açıqlamasında deyib. O, NATO-nun rəhbərliyi altında Əfqanıstanda həyata keçirilən "Qətiyyətli dəstək" missiyasına Azərbaycanın əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini diqqətə çatdırıb.

Bundan əlavə, NATO baş katibinin sözlərinə görə, 2017-ci ildə fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolu NATO-ya üzv dövlətlər tərəfindən Əfqanıstana və geriyə daşımalar zamanı istifadə olunur.

Yens Stoltenberq - Sputnik Azərbaycan
XİN NATO baş katibinin Azərbaycanla bağlı açıqlamasına münasibət bildirib

Y.Stoltenberqin bəyanatı ilə əlaqədar Azərbaycan XİN-in şərhində deyilir ki, Azərbaycanla NATO arasında tərəfdaşlığın əsası 1994-cü ilin mayında Sülh Naminə Tərəfdaşlıq çərçivə sənədinin imzalanması ilə qoyulub.

2003-cü ildən Azərbaycan NATO-nun Əfqanıstanda həyata keçirilən əməliyyatına töhfə verir. Hazırda Azərbaycanın 6 nəfər qərargah zabiti və 2 nəfər hərbi həkim olmaqla 120 nəfərlik heyəti Alyansın Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasının tərkibində xidmət edir.

2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması ilə Əfqanıstana multimodal daşımalar üçün geniş imkanlar yaranıb. Bu yol Lapis-Lazuli nəqliyyat dəhlizinin əsas hissəsini təşkil edir və NATO dövlətlərindən Əfqanıstana fasiləsiz və təhlükəsiz daşımalara mühüm töhfə verir, Azərbaycan XİN mətbuat xdməti qeyd edib.

Göründüyü kimi, bu məsələdə ən maraqlı məqam Azərbaycanın tutacağı mövqedir. Bəllidir ki, Azərbaycan yenidən ”balans siyasətini" davam etdirəcək. Lakin Əfqanıstan mövzusunda, Xəzərdə təhlükəsizlik məsələlərində balans siyasəti yürütmək mümkün deyil. ABŞ bütünlükdə Cənubi Qafqazın siyasi və iqtisadi mənzərəsini dəyişmək qərarını tutub. Gürcüstanın NATO ilə sıx əlaqəsi Azərbaycana təsirsiz ötüşməyəcək. Çünki artıq Amerika qoşunları demək olar ki, Rusiya ilə bir addımlıqda duracaqlar. İstər-istəməz bu, regionda müəyyən proseslərə də start verilməsinə səbəb olacaq. Lakin Azərbaycan siyasi baxımdan manevrlər edə bilərsə, yaxın gələcəkdə bölgənin ən mühüm oyunçusuna çevrilə bilər.

Azərbaycan Cənubi Qafqazın lider dövləti olduğunu söyləyir, həm Rusiya, həm də Türkiyə ilə strateji tərəfdaşdır. Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, həm Rusiya, həm də Türkiyə ilə münasibətləri yüksək səviyyədədir.

S-400 Kırım'da göreve başladı - Sputnik Azərbaycan
“S-400” qalmalı və NATO – Türkiyə seçim qarşısında qoyulur

Rəsmi Bakının “sərt Qərb ritorikasi” mövcud olsa da, hazırda Azərbaycanın Qərbdə strateji tərəfdaşı yoxdur. Bakı daha çox Türkiyə ilə əməkdaşlığa üstünlük verir. Baltikyanı ölkələr Avropa İttifaqının üzvüdür, Gürcüstan, Ukrayna, Moldova Avropa ilə Assosiativ Sazişi imzalayıb və mövqelərini açıq bəyan ediblər.

Ukrayna və Gürcüstan NATO-ya inteqrasiya barədə düşünür, Azərbaycan isə bu sistemə qoşulmaq istəmir. Azərbaycanın hazırda Rusiyadan hansısa bir şəkildə enerji asılılığı yoxdur. Azərbaycan özünü elektrik enerjisi ilə təmin edir, qonşu ölkələrlə enerji mübadiləsi layihəsində iştirak edir və hər il kiçik bir həcmdə olsa da, ixrac saldoya malikdir. Neft məhsullarına gəldikdə isə Azərbaycan öz təminatını həyata keçirib və 1,5 milyon ton civarında həcmləri də ixraca yönəldir. Əvvəllər bu həcm 2 milyondan da çox idi. Həcmlərin azalması isə daxili tələbatın artması ilə əlaqədardır. Xam neftə olan tələbat hələ uzun müddət daxili imkanlar hesabına həyata keçiriləcək.

Təbii qaza gəldikdə isə Azərbaycanda son illər ilbəil əmtəəlik qaz hasilatı artır. Bundan sonra da qaz hasilatının artması müşahidə olunacaq. Hazırda ölkənin daxili tələbatı Statistika Komitəsinin məlumatına görə, itkilərsiz 10,3 milyard kub-metrdir. Texniki itkilər isə 800 milyon kub-metrdən bir qədər çoxdur.

Мевлют Чавушоглу, министр иностранных дел Турции - Sputnik Azərbaycan
Türkiyə XİN başçısı Dağlıq Qarabağ münaqişəsini NATO üçün təhlükə adlandırıb

Azərbaycanın AzMeCo - metanol zavodu Qazprom şirkətindən 100 milyon kub-metr qaz idxal edib və bununla da Azərbaycan-Rusiya qaz münasibətləri dayanıb.

Türkiyə Azərbaycanın ərazilərini işğal etdiyinə görə, 20 ildən artıqdır ki, Ermənistanla sərhədləri bağlayıb. Yerevanın Türkiyəni soyqırımda ittiham etməsi, ərazi iddialarında bulunması Azərbaycanda da etirazlara səbəb olur. Türkiyə Ermənistanla münasibətdə Azərbaycanın yanındadır. Rusiya və İran da Azərbaycanı narazı salmaq istəmir. Bir sözlə, Bakı balans siyasəti ilə uğurlu durumdadır...

Xəbər lenti
0