SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Qarabağ mövzusunun Azərbaycan üçün nə qədər ağrılı olduğunu yaxşı anlayırıq" – MÜSAHİBƏ

© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidОфициальный представитель министерства иностранных дел России Мария Захарова во время брифинга в Москве
Официальный представитель министерства иностранных дел России Мария Захарова во время брифинга в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya-Azərbaycan münasibətlərindəın danışıb

BAKI, 4 aprel — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ONA-ya eksklüziv müsahibə verib. Sputnik Azərbaycan həmin müsahibəni təqdim edir.

Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü. Bakı, 27 sentyabr 2018-ci il - Sputnik Azərbaycan
SİYASƏT
Putin və Əliyev telefonla danışdılar, Qarabağ müzakirə olundu

- Mariya Vladimirovna, Rusiya Federasiyası ilə  Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin yaranmasının 27-ci ildönümüdür. Bu illər ərzində iki ölkə arasında münasibətlərdə fərqli dövrlər müşahidə etmişik. Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini necə şərh edərdiniz?

- Doğrudur. Apreldə biz ənənəvi olaraq Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının ildönümünü qeyd edirik. Diplomatik münasibətlərin qurulması haqqında müvafiq Protokol 1992-ci il 4 aprel tarixində imzalanıb. Ötən 27 il tarixi ölçüdə götürsək uzun dövr deyil. Lakin ölkələrimiz bu illər ərzində əməkdaşlığın təməlini möhkəmləndirmək və qarşılıqlı sərfəli praktik məzmunlarla dolu ikitərəfli münasibətləri genişləndirmək üçün birlikdə böyük işlərə nail ola bilib. Bu gün Rusiya və Azərbaycan siyasi, ticarət-iqtisadi, humanitar və digər sahələrdə aktiv dialoq aparan strateji tərəfdaşdır. Moskva və Bakı arasında münasibətlər suveren bərabərlik, bir-birinin daxili işlərinə qarışmama, əsl qarşılıqlı maraqlara hörmət, dostluq və mehriban qonşuluq ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi prinsiplərinə əsaslanır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında açıq və inamlı dialoq ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə güclü təkan verir. Təkcə 2018-ci ildə dövlət başçılarımız altı dəfə görüşüblər. Rusiya Azərbaycanın böyük ticarət tərəfdaşlarından biridir. Ticarət-iqtisadi əlaqələrimiz dinamik inkişaf edir. 2018-ci ilin yanvar-noyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 2,2 mlrd. ABŞ dolları təşkil edib. Bu göstərici 2017-ci ilin müvafiq dövri ilə müqayisədə 14 faiz çoxdur. İki ölkə liderinin 2018-ci ilin sentyabr rəsmi görüşündə Rusiya-Azərbaycan arasında strateji müttəfiqliyin yeni keyfiyyət səviyyəsinə çatdırılmasına dair razılaşmalar 5 yol xəritəsinin reallaşmasına yaxşı təkan verib. Hal-hazırda Azərbaycanda 700-dən çox birgə müəssisə fəaliyyət göstərir. Ümid edirik ki, onların sayı daha da artacaq. 2018-ci ilin fevral ayında Azərbaycanda QAZ Qrupu  (Qorki Avtomobil Zavodu-red.) texnikası istehsal edən zavodun inşasına start verilib. Bakıda bir müddət əvvəl "Rusiya İxrac Mərkəzi" Səhmdar Cəmiyyətinin və "Qazprom"un nümayəndəlikləri fəaliyyətə başlayıb.

Elmar Məmmədyarov və Sergey Lavrov - Sputnik Azərbaycan
Elmar Məmmədyarov Sergey Lavrovla görüşə gedir

Rusiya və Azərbaycan mədəni-humanitar və təhsil sahələrində də sıx əməkdaşlıq edir. Rusiyada təhsil alan 11 minə yaxın azərbaycanlı tələbə var. Onlardan 1000 nəfərə yaxını dövlət büdcəsi hesabına təhsil alır. Hər il 200-dən çox Azərbaycan vətəndaşı təqaüd verilir. Artıq 10 ildən çoxdur ki, Bakıda Moskva Dövlət Universitetinin filialı uğurlu fəaliyyət göstərir. 2015-ci ildən isə Azərbaycanda İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəaliyyət göstərir. Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu (MQİMO) və Moskva Dövlət Humanitar İqtisad Universitetinin filiallarının açılması məsələsi üzərində işlənilir. Bu il Azərbaycanda Rusiya Mədəniyyət Günləri keçiriləcək.

Əlbəttə ki, ikitərəfli gündəmimizdə ayrıca problemli məqamlara da rast gəlinir ki, məlum olduğu kimi belə hallardan hətta ən yaxın dövlətlər arasındakı münasibətlər belə sığortalanmayıb. Onlardan biri - erməni kökənli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması ilə bağlı olan müntəzəm insidentlərdir. Hesab edirik ki, bu problem qarşılıqlı anlaşma əsasında həll ediləcək. Ancaq təkrar edirəm ki,  Rusiya-Azərbaycan münasibətlərinin ümumi gedişatı çox yaxşıdır.

Təkcə ikitərəfli deyil, həm də beynəlxalq və regional məsələlərdə Bakı ilə uğurlu əməkdaşlığı qeyd etmək istəyərdim. Buna yaxşı misal kimi, 2018-ci ilin avqustunda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasını göstərmək olar. Hansı ki, bunun üzərində 20 ildən çox iş gedib. "Xəzər beşliyi" dövlət başçılarının qəbul etdiyi sənəd sahil ölkələrinin müxtəlif sahələrdə əməkdaşlığı üçün geniş perspektivlər açır. Rusiya və Azərbaycanın bu yeni imkanlardan istifadə edə biləcəyinə şübhə etmirəm. Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev tərəfindən qoyulan tapşırıqlar kontekstində ölkələrimiz arasında strateji əməkdaşlığı bundan sonra da aktiv inkişaf etmək niyyətindəyik.

Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova - Sputnik Azərbaycan
QARABAĞ
“Rusiyanın Qarabağ münaqişəsinə dair mövqeyi dəyişməyib” – Zaxarova

- Cənubi Qafqaz ölkələri ilə, o cümlədən Azərbaycanla münasibətlərə dair müddəa Rusiyanın xarici siyasət konsepsiyasında əksini tapıb. Xarici siyasət konsepsiyasının Rusiyanın xarici siyasətini tənzimləyən əsas dövlət sənədi olduğunu nəzərə alsaq, Cənubi Qafqaz ölkələri ilə münasibətlərin Rusiya üçün nə qədər önəmli olduğunu görərik. Bu önəmin mahiyyətini qısa da olsa, izah edə bilərsinizmi?

- Haqlısınız. Rusiya Federasiyasının prezidenti tərəfindən təsdiqlənmiş Rusiyanın Xarici Siyasət Konsepsiyası bizim işimizin, o cümlədən Cənubi Qafqaza dair fəaliyyətimizin məqsədlərini, tapşırıqları və prioritetlərini dəqiq müəyyən edir. Bu region sözsüz ki, Rusiyanın xüsusi vacib sferasına aiddir. Bunu ilk növbədə coğrafi yaxınlıq şərtləndirir. Cənubi Qafqazın geniş geosiyasi məzmunda önəmi məlumdur. Bu gün bu regionda məlum regiondan kənar qüvvələrin MDB məkanını öz mənafeyinə uyğunlaşdırmaq səyləri açıq-aydın görünür. ABŞ və NATO-nun Cənubi Qafqazdakı hərbi fəaliyyətini Rusiya üçün ciddi hərbi-siyasi çağırış kimi qəbul edirik. Əlbəttə ki, burada həll olunmamış Dağlıq Qarabağ münaqişəsi haqqında danışamamaq olmaz, hansına ki, təəssüflər olsun, bizim iki ən yaxın dostumuz və tərəfdaşımız olan Azərbaycan və Ermənistan cəlb olunub.

Cənubi Qafqazda sabitliyin qorunması, regiona daxil olan ölkələrin Rusiyaya qarşı dostluq münasibətlərin saxlanılması şərti ilə regionun mütərəqqi inkişafının təmin edilməsi, bundan sonra da Rusiya xarici siyasətinin vacib məqsədlərindən biri olaraq qalacaq.

- Rusiya Azərbaycan üçün çox önəmli tərəfdaş ölkədir. Bu önəmi artıran məqamlardan biri də Azərbaycan üçün son dərəcə önəmli olan Dağlıq Qarabağ məsələsində Rusiyanın vasitəçi olmasıdır. Müxtəlif həssas və mürəkkəb dövrlərdə Rusiya bu münaqişənin nizamlanması prosesində təşəbbüsü ələ alıb. 

Maria Zaxarova Azərbaycana gəlib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mariya Zaxarova Bakıdadır
Qarabağla bağlı danışıqlarda Moskvanın təşəbbüsü yenidən ələ almaq niyyəti varmı? Ümumiyyətlə, Rusiya danışıqlarda yaranmış yeni vəziyyətlə bağlı nə düşünür? Ermənistanda rəhbərliyin dəyişməsini və bir müddət öncə Vyanada Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü nəzərdə tuturam. 

- Qarabağ mövzusunun Azərbaycan üçün nə qədər ağrılı olduğunu yaxşı anlayırıq. Biz, qonşumuz olan regiona sülhün və sabitliyin gəlməsində həyati dərəcədə maraqlıyıq. Ona görə də, Rusiya hər zaman Dağlıq Qarabağ probleminin nizamlanmasında aktiv rol oynayıb, bundan sonra da oynayacaq. Məhz, 25 il əvvəl - 1994-cü ilin may ayında Rusiya Federasiyasının birbaşa vasitəçiliyi ilə kütləvi qan tökülməsini dayandırmağa imkan verən atəşkəs haqqında razılıq əldə olundu. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda vacib mərhələlərdən biri 2008-ci ildə Moskva deklarasiyasının qəbul olunmasıdır. Moskva deklarasiyası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan rəhbərlərinin imzaları olan ilk və hələlik yeganə sənəddir. Həmin sənəddə tərəflərin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları əsasında siyasi yolla nizamlanması və regionda sabitlik və təhlükəsizliyin bərqərar olmasını təmin etmək niyyəti açıq şəkildə ifadə olunub. 2016-cı ilin aprelində geniş miqyaslı silahlı toqquşmaları Rusiya, Azərbaycan və Ermənistan baş qərargah rəislərinin Moskvada əldə etdiyi razılıq sayəsində dayandırmaq mümkün oldu. O vaxtdan indiyə kimi sərhəddə və təmas xəttində nisbi sakitlik yarandı.

Bunun ardınca iyunda Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşdə üçtərəfli formatda mütəmadi kontaktların vacibliyi vurğulanıb və ATƏT-in Minsk qrupunu işinə əlavə kim bu kontaktları davam etdirməyə dair razılıq əldə olunub. Ümumilikdə, Rusiya rəhbərliyinin birbaşa iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin 20-dən çox görüşü təşkil olunub. Siyasi nizamlanma ilə bağlı görüşlərdə tərəflər arasında gərginliyin azaldılması, əsirlərin və həlak olmuş hərbçilərin meyitlərinin dəyişdirilməsi və humanitar kontaktların təşkilinə dair fikir mübadilələri aparıb, razılıq əldə ediblər.

ATƏT-in fəaliyyətdəki sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak - Sputnik Azərbaycan
QARABAĞ
Qarabağ münaqişəsi daha bir görüşdə müzakirə edilib

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəflərə yardım etmək Rusiyanın xarici siyasət konsepsiyasının vacib xarici siyasət prioritetlərindən biri sayılır. Bu məqam həyata keçirilən vasitəçilik fəaliyyətinə xüsusi önəm verir, onun nəticələrinə diqqətin artırılmasını müəyyənləşdirir. ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri ilə sıx qarşılıqlı fəaliyyətdə çalışırıq.

O ki qaldı Ermənistanda siyasi rəhbərliyin dəyişməsi ilə bağlı suala, bu, Ermənistanın daxili işidir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemi ilə bağlı danışıqlar prosesi gedir. Tərəflər sülh yolu ilə nizamlanmaya nail olmağa istiqamətlənmiş işi davam etdirmək niyyətində olduqlarını nümayiş etdirirlər. Bu əhval-ruhiyyə İlham Əliyev və Nikol Paşinyanın az əvvəl Vyanada keçirilən görüşünün yekunlarına dair bəyanatda da qeyd olunub. Danışıqlarda əldə olunan konstruktiv yanaşmanı alqışlayırıq. Avstriya paytaxtında nail olunan ideyaların həyata keçirilməsi üçün tərəflərə lazımi yardımı edəcəyik.

Bununla belə, həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə vurğuladığı kimi, münaqişəyə son qoymaqdan ötrü məsuliyyət münaqişə tərəflərinin üzərinə düşür. Bunun üçün əsas var. Başlıcası, siyasi iradə nümayiş etdirməkdir.

Xəbər lenti
0