BAKI, 24 yan — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü ilə Moskvaya işgüzar səfərə gedib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Onun sözlərinə görə, səfərin vaxtı Rusiya tərəfi ilə razılaşdırılıb. Səfər çərçivəsində Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Görüşdə Dağlıq-Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ müzakirə ediləcək. Müzakirələr Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburq görüşlərinin nəticələri əsasında aparılacaq.