Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qərb bizimlə bağlı rəyini bildirib, amma biz narazıyıq – Niyəsi maraqlıdır

CC0 / Linda / Credit CardsБанковские карты
Банковские карты - Sputnik Azərbaycan
Abunə olmaq
"Banklar, xüsusilə maliyyə vəziyyətini yaxşılaşdırsa, bu ilin ikinci yarısında Azərbaycanın kredit reytinqində artım müşahidə edə bilərik"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 aprel — Sputnik. "Standard and Poor's", "Moody's" və "Fitch" Azərbaycanın kredit reytinqini "BB+" səviyyəsində müəyyən edib, lakin biz bu reytinqdən narazıyıq. Azərbaycanın reytinqi 1 pillə də yuxarı, yəni əvvəlki "BBB-" səviyyəsində olmalıdır. Ölkəmizə investisiya reytinqi verilməlidir. Çünki ölkəmiz iqtisadi böhrandan sonra problemlərini, xüsusilə borc problemini uğurla həll edib, valyuta ehtiyatları kifayət qədər artıb, odur ki, ölkənin reytinqinin qaldırılması üçün zəmin yaranıb". "Report" xəbər verir ki, bunu bir müddət öncə maliyyə naziri Samir Şərifov deyib. 

Kredit mütəxəssisi və müştəri, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şəhid ailələrinin bank krediti ilə bağlı mühüm qərar verildi

Ekspertlər Azərbaycanın kredit reytinqi məsələsini Sputnik Azərbaycan-a şərh ediblər.

İqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, "Fitch" də daxil olmaqla digər beynəlxalq qiymətləndirici şirkətlər Azərbaycanın kredit reytinqini "BB+" səviyyəsində müəyyən edib: "Eyni zamanda ölkədə fəaliyyət göstərən şirkətlərin reytinqi ölkənin ümumi reytinqindən çox ola bilməz. Qiymətləndirici şirkətlər kredit reytinqi verən zaman ölkə iqtisadiyyatı üçün mənfi və müsbət trendləri, eyni zamanda problemləri də qeyd edir. "Fitch" təşkilatı tərəfindən son yayılan hesabatda da Azərbaycan iqtisadiyyatında son bir il ərzində, eləcə də neftin qiymətinin aşağı düşdükdən sonra əldə edilən uğurlar və mövcud problemlər öz əksini tapıb".

İqtisadçının fikrincə, Azərbaycanın kredit reytinqinə təsir göstərən əsas faktorlardan biri bank sektorundakı vəziyyətdir və xüsusən də problemli kreditlər və qeyri-işlək aktivlərin həcminin yüksək olmasıdır: "Bu kontekstdən problemli kreditlərlə bağlı vəziyyət, ölkədə bank sektorunun mövcud vəziyyəti ölkəmizin kredit reytinqinə birbaşa təsir göstərir. O baxımdan dövlət başçısının "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanından sonra ölkəmizin kredit reytinqinin yüksəlməsi imkanları var".

"Sözügedən fərmandan sonra banklar, xüsusilə maliyyə vəziyyətlərini yaxşılaşdırsa, likvidliyini artırmaq imkanına malik olsa, 2019-cu ilin ikinci yarısında Azərbaycanın kredit reytinqində artım müşahidə edə bilərik. Ona görə də kredit reytinqimizin növbəti dövrdə necə dəyişməsi birbaşa bank və maliyyə sektorundakı vəziyyətdən asılı olacaq. Bu sektorlarda Azərbaycan irəliləyiş əldə edərsə, bu, nəticə etibarı ilə ölkəmizin kredit reytinqinə müsbət təsir göstərəcək" - deyə ekspert bildirib.

O qeyd edib ki, kredit reytinqlərində mübahisəli məqamlar olur: "Amma ümumiyyətlə, qiymətləndirici şirkətlər adətən kredit reytinqi verən zaman çalışır ki, bütün riskləri nəzərə alsın. Azərbaycanın kredit reytinqinə təsir göstərən ən ciddi faktor maliyyə və bank sektorudur. Bu istiqamətdə irəliləyiş olsa, kredit reytinqimizdə artım müşahidə edə bilərik".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov isə deyib ki, dünyanın aparıcı reytinq agentlikləri çox ciddi şəkildə ABŞ ilə bağlıdır: "Bu agentliklərin mənzil qərargahları da ABŞ-da yerləşir. Dünya təcrübəsi də göstərir ki, bu reytinq agentlikləri faktiki olaraq geosiyasi və ciddi iqtisadi maraqların reallaşması üçün alət kimi istifadə olunur. Bunların reytinqlərində çox ciddi spekulyativ və iqtisadi, siyasi maraqların çəkişməsi mövcud olur. Mən bu reytinqləri heç də həmişə obyektiv iqtisadi vəziyyətlə əsaslandırmıram".

Ruisyanın Sberbank bankının idarə heyətinin sədri German Qref - Sputnik Azərbaycan
"Süni intellektə görə milyardlar itirdik" - Bank rəhbəri

"Dövlətin bank sektoruna və investisiya mühitinə yaratdığı şərait, iqtisadiyyatımızın potensialı baxımdan Azərbaycanın kredit reytinqi qeyri-obyektiv olaraq aşağı salınıb. Və ölkəmiz daha yüksək kredit reytinqinə ümid etməlidir" - deyə ekspert bildirib.

Onun sözlərinə görə, xarici investisiyalar baxımından da bu agentliklərin müstəsna rolu var: "Çünki aparıcı xarici investorlar həmin agentliklərin göstəricilərindən istifadə edir. Ona görə də biz daha çox daxili investisiya resurslarımıza istinad etməliyik. Xarici investisiyalar isə ilk növbədə texnologiyalar ilə bağlı olmalıdır. Bu baxımdan xarici investisiyaların rolunun qabarıq şəkildə artırılmasının tərəfdarı deyiləm".

Xəbər lenti
0