BAKI, 26 fevral — Sputnik. Rusiyanın "Sberbank" bankı süni intellektin səhvinə görə "milyardlarla rubl" itirib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın ən böyük bankının rəhbəri German Qref bildirib.
"Suni intellekt bir qayda olaraq böyük sistemlərdə qərar verir. Alqoritmdə baş verən kiçik bir səhv böyük nəticələrə səbəb ola bilər. Bizim praktikamızda biz xeyli vəsait itirmişik", - Qref bildirib.
Qrefin fikrincə "Sberbank" bu səhvlərin əsasında yeni bilgilər əldə edib. Belə ki, bank süni intellektin sistemini yoxlamaq üçün xeyli sayda filtrlər yerləşdirib.
"Sberbank" rəhbəri vurğulayıb ki, süni intellektin üstünlüklərindən birinin onun böyük həcmdə "maraqsız, gündəlik" işləri görməsidir.