Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ramiz Əzizbəylinin qızı atasının səhhətindən danışdı

© © Ailənin arxivindənRamiz Əzizbəyli qızı Cəlalə Əzizbəyli ilə
Ramiz Əzizbəyli qızı Cəlalə Əzizbəyli ilə - Sputnik Azərbaycan
Abunə olmaq
"Deyirlər ki, ciddi bir şey olarsa, o zaman atam təcili əməliyyat olunacaq"

BAKI, 2 aprel — Sputnik. Ötən ilin dekabrında Xalq artisti, tanınmış rejissor Ramiz Əzizbəyli ayağından əməliyyat olunub. Sputnik Azərbaycan-a açıqlama verən Xalq artistinin qızı Cəlalə Əzizbəyli atasının səhhəti ilə bağlı son durumdan danışıb: "Bir müddət öncə atamın səhhətində ümumi nasazlıq var idi, soyuqlamışdı. Xəstə adamdır, hər yeri ağrayır".

175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Aktyor tərəfindən döyülən direktordan yeni xəbər var

Atasının əməliyyat olunan ayağı ilə bağlı durumun normal və stabil olduğunu deyən C.Əzizbəylinin sözlərinə görə, şəkər xəstəsi olduğu üçün həkimlər onun sağalma prosesinin uzun çəkəcəyini bildirib: "Atam şəkər xəstəsi olduğu üçün onu daim nəzarətdə saxlayırıq, iynələrini vaxtında vururuq".

Hazırda R.Əzizbəylinin şəkərinin stabil olduğunu söyləyən həmsöhbətimiz atasının digər ayağında yarana biləcək risklə bağlı da danışıb: "Hələ ki həkimlər onun digər ayağının əməliyyat olunmasını məsləhət bilmirlər. Deyirlər ki, ciddi bir şey olarsa, o zaman atam təcili əməliyyat olunacaq".

Xatırladaq ki, Xalq artisti Ramiz Əzizbəyli ötən ilin dekabrında sol ayağında yaranan qanqrenə görə əməliyyat olunmuşdu.

Xəbər lenti
0