CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aktyor tərəfindən döyülən direktordan yeni xəbər var

© Day175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev
175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev - Sputnik Azərbaycan
Abunə olmaq
"Əsas problem qan təzyiqinin stabil olmamasıdır" - Tural Mirzəliyev

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 19 dekabr — Sputnik. "Hələ ki, istintaq davam edir. İstintaq başa çatdıqdan sonra bu haqda müəyyən fikir söyləyə biləcəyəm". Bunu Sputnik Azərbaycan-a açıqlamasında noyabrın 20-də Nizami Rayon Məhkəməsinin qarşısında aktyor Rza Rzayev tərəfindən döyülən 175 nömrəli orta məktəbin direktoru Tural Mirzəliyev deyib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan
ELM
Direktor ittihamlara aydınlıq gətirdi, nazirlik isə rəsmi məktub gözləyir

O, baş verən hadisə ilə bağlı son durum haqda da məlumat verib: "Hələ ki, son hadisə ilə bağlı olaraq məhkəməyə müraciət etməmişəm. İstintaqın nəticəsinə əsasən işin məhkəməyə göndərilib-göndərilməməsi bəlli olacaq".

"Lakin bu hadisədən öncə, şərəf və ləyaqətin alçaldılması məsələsinə görə məhkəməyə müraciət etmişdim. Hazırda da bu iş məhkəmədə davam edir" – deyə həmsöhbətimiz əlavə edib.

T.Mirzəliyev hadisənin baş verməsindən sonrakı dövrü əhatə edən ikitərəfli münasibətlərdən də söz açıb: "Bu müddətdə qarşı tərəflə heç bir danışıq aparılmayıb. Nə mənim, nə də onların tərəfindən danışıqlar üçün təklif irəli sürülüb".

Son günlərdə ona qarşı heç bir hədənin olmadığını deyən direktor səhhəti haqda da danışıb: "Artıq 4 gündür işə də çıxıram. Əsas problem qan təzyiqinin stabil olmamasıdır. Qalan hər şey normaldır".

T.Mirzəliyevin sözlərinə görə, hazırda davam edən ibtidai istintaq 2 həftə sonra yekunlaşacaq.

Xəbər lenti
0