Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycana kartof və soğan ixracının qadağan edilməsi bazara necə təsir edəcək

© Sputnik / Aleksandr KryazhevМешки с картофелем, фото из архива
Мешки с картофелем, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"İndiki məqamda tələbatın ödənilməsində digər idxal mənbələrdən istifadə edilməyə çalışılmalıdır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 aprel — Sputnik. "İranda aprelin 4-dən kartof və soğanın ixracı qadağan edilib". Bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini Abbas Qubadi deyib. Onun sözlərinə görə, qonşu ölkələrə, xüsusilə İraqa soğan ixracı bu məhsulun qiymətinin bahalaşmasına səbəb olub: "Bazarın Tənzimlənməsi Komitəsi yerli bazarı tənzimləmək məqsədilə kartofla birlikdə soğanın ixracının qadağan edilməsinə qərar verib".

Maraqlıdır, İranda kartof və soğan ixracının qadağan edilməsi Azərbaycan bazarına təsir edə bilərmi? Ekspertlər Sputnik Azərbaycan-a açıqlamalarında bu sualı şərh ediblər.

İqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, son həftələr Azərbaycanda soğanın qiymətində artımlar müşahidə edilir və qiymətin artması bu məhsulun qıtlığı ilə bağlıdır: "Soğan istehsalının azalması qiymətlərin artmasına gətirib çıxarır. O baxımdan son həftələr soğanın qiymətində artımlar müşahidə edirik. Soğanın qiymətində artımlar davam edir, çünki bu məhsula tələb dəyişməyib. Amma təklif, yəni bazara çıxarılan soğanın həcmi azaldığına görə qiymətlər artıb".

Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanılıb - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Fermerlərin diqqətinə: Kənd Təsərrüfatı Nazirliyindən böyük güzəşt

O bildirib ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarını idxal etdiyi ölkələrdən biri də İrandır: "Baxmayaraq ki, xüsusilə yerli məhsul istehsalının artırılması məqsədilə son dövrlər İrandan idxalın azaldılmasına çalışılıb. Amma bütün hallarda İran tərəfindən kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoyulması Azərbaycan bazarına təsir göstərir. Azərbaycanın kənd təsərrüfatı məhsullarına olan tələbatının bir hissəsi İrandan idxalın hesabına ödənilir".

"Əgər həm kartofa, həm də soğana olan tələbatın ödənilməsində İranın payı çoxdursa, nəticə etibarilə ixraca qadağalar Azərbaycanda həmin məhsullara olan tələbatın ödənilməsində müəyyən qıtlığın yaranmasına gətib çıxaracaq" - deyə o bildirib.

İqtisadçının fikrincə, kartof istehlakında bunun kompensasiya yolları var: "Çünki Azərbaycana kartof alternativ olaraq digər ölkələrdən idxal edə bilir. Sahibkarlar kartofa olan tələbatın ödənilməsini digər ölkələrdən idxalın hesabına kompensasiya edə bilərlər. Rusiya və Türkiyədən Azərbaycana kartof idxalı İrandan ölkəmizə edilən bu məhsulun idxalını əvəz edə bilər. Çünki Azərbaycan əvvəlki dövrlərdə Türkiyə və Rusiyadan kartof idxalı həyata keçirib. Bu kontekstdən onun kompensasiya edilməsi mümkündür".

Onun sözlərinə görə, bütün hallarda Kənd Təsərrüfatı Nazirliyi çalışmalıdır ki, xüsusilə sahibkarların təşviq edilməsi yolu ilə digər ölkələrdən bu məhsulların idxalının artırılmasına nail ola bilsin: "Əgər qıtlıq yaranarsa, həmin məhsulların qiymətlərində artım müşahidə edilə bilər. Nazirlik indiki məqamda tələbatın ödənilməsində digər idxal mənbələrdən istifadə etməyə çalışmalıdır".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə də deyib ki, Türkiyədə də soğan qıtlığı yaranıb və Azərbaycandan Türkiyəyə kifayət qədər soğan ixracı həyata keçirilib: "Bu, bizdə daxili bazarda soğanın qiymətinə təsir göstərib və son günlər soğanın qiymətində artım var".

Müslüm İbrahimov - Sputnik Azərbaycan
Ekspert Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixrac imkanlarını açıqladı

O qeyd edib ki, Azərbaycana kartof və soğanın idxal istiqamətlərindən biri də İrandır: "İran belə bir qadağa həyata keçirsə, Azərbaycan bazarında sözügedən məhsulların təklifi azalacaq. Bunun daha böyük qiymət artımına gətirib çıxarmaması üçün alternativ yollar axtarıla bilər. Rusiya, Ukrayna kimi ölkələrdən Azərbaycana idxal həyata keçirmək mümkündür. Sahibkarlar bu istiqamətdə maarifləndirilməlidirlər".

"İran qadağa tətbiq etsə, qısa müddətli dönəmdə ölkəmizdə həmin məhsulların qiymətində müəyyən artım müşahidə edə bilərik" - deyə o əlavə edib.

Qeyd edək ki, son günlər ərzində İranda 1 kq soğanın qiyməti 140 min rialı (təxminən 3,33 dollar) keçib. İranda soğanın bahalaşmasının digər səbəbi Xuzistan və Kirman vilayətlərindəki son yağıntılar və yığım problemi göstərilir.

Onu da bildirək ki, Kənd Təsərrüfatı Nazirliyindən "Report"a bildirilib ki, ölkəmizdə soğanın bahalaşması bu məhsulun Türkiyəyə ixracının kəskin artması və bunun yaratdığı ajiotajla bağlıdır: "Daxili bazarda soğanın bahalaşması üçün ciddi səbəb yoxdur. Çünki ixraca yönəlmiş soğan ölkədə istehsal olunan məhsulun kiçik hissəsidir. Sadəcə, müəyyən qədər ajiotaj var və bu, yerli istehsalçıları qiymətləri artırmağa sövq edib. Yəqin ki, yaxın günlərdə qiymətlər əvvəlki həddə, yəni hər kq üçün 60-70 qəpiyə düşəcək".

Xəbər lenti
0