Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Fermerlərin diqqətinə: Kənd Təsərrüfatı Nazirliyindən böyük güzəşt

© © ARKTN-nin mətbuat xidmətiKənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanılıb
Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Fevralın 15-dən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanacaq

BAKI, 6 fevral — Sputnik. Fevralın 15-dən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, artıq fermerlər müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə "Aqrolizinq"dən deyil, bütün təchizatçı şirkətlərdən ala biləcəklər.

Texnikanın gömrük dəyərinin 20 faizini ilkin ödəniş olaraq fermer, 40 faizini isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək. Qiymətin qalan hissəsi bankda maksimum 5 il müddətinə kredit şəklində rəsmiləşdiriləcək.

Kredit faizlərini isə fermer deyil, dövlət ödəyəcək.

Xəbər lenti
0