SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Oliqarxın marionetkası" oliqarxa qarşı: Məsələ ikinci turda həll olunacaq

© REUTERS / KACPER PEMPELUkraynada prezident seçkiləri
Ukraynada prezident seçkiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Son nəticələr Ukraynada prezident seçkilərinin ikinci turunun qaçılmaz olduğunu göstərir

BAKI, 1 aprel — Sputnik. Ukrayna keçirilən prezident seçkilərinin nəticələri yavaş-yavaş bəlli olmağa başlayır. Sputnik Azərbaycan Ukrayna MSK-sına istinadən xəbər verir ki, hazırda bülletenlərin 80,33%-i sayılıb.

Son nəticələr Ukraynada prezident seçkilərinin ikinci turunun qaçılmaz olduğunu göstərir. Seçkilərin birinci turunun nəticələrinə görə, liderliyi şoumen Vladimir Zelenski edir. O, seçicilərinin 30,41%-nin səsini toplayıb. İkinci pillədə isə hazırkı prezident Pyotr Poroşenko durur. O, Ukrayna vətəndaşlarının 16,03%-nin səsini toplayıb. Üçüncü yerdə isə 13,24% səslə "Batkivşina" partiyasının sədri Yuliya Timoşenko qərarlaşıb.

Подготовка к проведению второго тура выборов президента Украины на одном из избирательных участков Киева - Sputnik Azərbaycan
Ukraynada ikinci tur qaçılmazdır – “Exit poll”

Ukrayna MSK-nın məlumatlarına əsasən, namizədlərdən heç kim birinci turda qələbə üçün lazım olan səsi toplamayıb. Zelenski ilə yanaşı ikinci tura hazırkı prezident Poroşenko və "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko da iddialıdır. Hazırda Poroşenko Timoşenkonu 3%-dək qabaqlayır.

Prezident seçkilərinin ikinci turunda Vladimir Zelenski ilə Pyotr Poroşenkonun iştirak edəcəyi gözlənilir. Bəs Ukrayna prezidenti olacaq bu şəxslər kimlərdir?

41 yaşlı Ukraynalı siyasətçi, şoumen, aktyor və rejissor Vladimir Zelenski 25 yanvar 1978-ci ildə Krivoy Roq şəhərində anadan olub. Onun atası - Aleksandr Semenoviç Zelenski texniki elmlər doktoru, professor, kompüter elmləri şöbəsinin müdirdir. Anası Rimmza Zelenskiya isə təqaüdçüdür. O, 40 il müddətinə mühəndis kimi çalışıb. O, valideynləri ilə birgə 4 il Monqolustanda, Erdenet şəhərində yaşayıb və orada birinci sinifə gedib.

O, 2006-cı ildə Zelenski "Ulduzlarla rəqs - 1" layihəsinin Ukrayna versiyasında iştirak edib. Bal rəqsləri üzrə iki dəfə dünya çempionu Alena Şoptenko ortağı olub. Bu şou Televiziya şousu ekranlara rekord sayda tamaşaçı toplayıb. Ümumi olaraq televiziya auditoriyasının 87,57% məhz bu şounu izləyib. Şounun qala gecəsi isə yeni il günü prezidentin xalq müraciətini belə qabaqlayıb. Daha sonra o, müxtəlif televiziya şoularında iştirak edib, konsertlər verib, televiziya ssenariləri yazıb.

2011-ci ildə isə Vladimir Zelenski Filip Kirkorovla "Faktor A" televiziya layihəsini birgə aparıb. Zelenski, həmçinin kinoya da çəkilib. O, 2008-ci ildə "Böyük şəhərdə sevgi" filmində stomatoloq İqor roluna çəkilib. 2010-cu ildə isə o filmin davamı olan "Böyük şəhərdə sevgi -2" filminə çəkilib. 2011-ci ildə onun iştirakı ilə "İşdə Məhəbbət. İndiki dövr" adlı filmin premyerası olub. 8 mart 2012-ci ildə Zelenskiyin baş rolu canlandırdığı "8 ilk görüş" filmi yayımlanıb. 1 yanvar 2014-cü ildə "Böyük şəhərdə sevgi 3" filmi nümayiş olunub və Zelesnkiy bu filmdə də stomatoloq İqor rolunu canlandırıb. 1 yanvar 2015-ci ildə isə onun iştirakı ilə yenidən "8 yeni görüş" filmi ekranlara çıxıb.

Zaur Məmmədov - Sputnik Azərbaycan
Politoloq: “Ukrayna seçkiləri regional proseslərin gedişatına təsir edəcək”

2018-ci ilin sonunda ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində onun partiyası "Xalqın xidmətçisi" partiyasının növbəti parlament seçkilərində iştirak etmək niyyətində olduğunu, prezident seçkilərində iştirak etmək barədə düşündüyünü dilə gətirib.

31 dekabr 2018-ci ildə Yeni ilə bir neçə dəqiqə qalmış Vladimir Zelesnkiy "1+1" telekanalında ukraynalılara müraciətində prezident seçkilərində iştirak edəcəyini bildirib.

21 yanvar 2019-cu ildə "Xalqın xidmətçisi" partiyası Vladimir Zelenskiyin namizədliyini rəsmən prezident postuna irəli sürüb.

Ötən gün keçirilən seçkilərin rəsmi nəticələri aprel ayının 10-una qədər elan olunmalıdır. Həmçinin bu tarixə qədər Ukrayna MSK-sı seçkilərin ikinci turuna keçirilib-keçirilməməsi barədə qərar qəbul etməlidir.

İkinci namizəd Pyotr Poroşenko 26 sentyabr 1965-ci ildə Bolqradda anadan olub. O, Kiyev Dövlət Universitetində Beynəlxalq münasibətlər və Beynəlxalq iqtisadiyyat fakültəsində, Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil alıb. Ali təhsilə yiyələndikdən sonra kakao satışında şəxsi biznesini qurub. 1990-cı ildə bir neçə qənnadı fabrikinin sahibi olub, sonralar bu fabrikləri "Roşen" adı altında birləşdirib və "Roşen" Ukraynanın ən çox məhsul istehsal edən qənnadı fabrikinə çevrilib. 1998-2005-ci və 2006-2007-ci illərdə Ukrayna Ali Radasının xalq deputatı olub. O, 2009-2010-cu illərdə Ukraynanın baş naziri olub. 2014-cü ildə keçirilən seçkilərdə isə Ukrayna prezidenti seçilib.

Предвыборная агитация на Украине - Sputnik Azərbaycan
Ukrayna bir günlük susdu

Seçkidən sonra bəyanat verən Pyotr Poroşenkonun sözlərinə görə, seçkilərin ikinci turunda o, "ukraynalı oliqarxın (İqor Kolomoyski – red.) marionetkası” ilə yarışacaq.

Qeyd edək ki, Ukrayna qanunvericiliyinə əsasən, prezidentliyə namizədlərdən heç biri 50%+1 səs yığmayacağı təqdirdə prezident seçkilərinin ikinci turu 21 apreldə keçiriləcək. O, Kiyev Dövlət İqtisad Universitetinin Krivoy Rog İqtisadi İnstitutunda təhsil alıb. O, hüquqşünasdır, lakin iki aylıq təcrübə istisna olmaqla, heç vaxt öz ixtisası üzrə işləməyib.

Ukrayna MSK-nın prezident seçkilərinin ikinci turunun nəticələrinə dair protokolları 1 may 2019-cu ilə qədər elan olunmalıdır.

Ali Radada keçirilən andiçmə mərasimindən sonra Ukrayna prezidenti iyunun 3-nə qədər öz səlahiyyətlərini icra etməlidir.

Xəbər lenti
0