BAKI, 31 mart — Sputnik. Rumıniyalı kikboksçu Eduard Qafenku hollandiyalı rəqibini ağır zərbə ilə nokauta göndərib.
Sputnik Azərbaycan-ın Rusiya mediasına istinadən xəbərinə görə, 81 çəki kateqoriyasında yarışan Eduard Qafenku rəqibi Tomas Doevlə “Colosium Turniri” çərçivəsində üz-üzə gəlib. Birinci raundun sonunda rumıniyalı kikboksçu fırlanaraq rəqibini nokauta salıb. Qeyd edək ki, bu zərbəyə həm də “tornado” üsulu da deyirlər.
Tornado kick KO by Eduard Gafencu (Colloseum Tournament) pic.twitter.com/2bkIqLj90K
— Jolassanda (@Jolassanda) 29 марта 2019 г.
Görüşlə bağlı yayılan video “Twitter” sosial şəbəkəsində də böyük maraqla qarşılanıb.