Dünyanın dörd bir tərəfi silkələnir

© REUTERS / Claudia DautMeksikada baş verən güclü zəlzələ nəticəsində çökən bina
Meksikada baş verən güclü zəlzələ nəticəsində çökən bina - Sputnik Azərbaycan
Abunə olmaq
İranın cənubunda – Şiraz şəhərindən 145 kilometr cənub-şərqdə 4,5 bal gücündə təkan qeydə alınıb.

BAKI, 31 mart — Sputnik. Dünyanın müxtəlif ərazilərində zəlzələlər qeydə alınıb. Sputnik Azərbaycan xəbər verir ki, zəlzələlərin çoxu yüksək balla qiymətləndirilib.

Xəzərin sahilində, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Xəzərdə zəlzələ baş verib

İranın cənubunda – Şiraz şəhərindən 145 kilometr cənub-şərqdə 4,5 bal gücündə təkan qeydə alınıb. Avropa Aralıq dənizi seysmoloji mərkəzin məlumatına görə, təkanlar 15 kilometr dərinlikdə baş verib. Tələfat və dağıntı haqqında məlumat yoxdur.

Bu gün Ekvador sahillərində 6,2 maqnitudalı zəlzələ olub. ABŞ Geoloji Xidmətinin məlumatına görə, yerli vaxtla saat 07.04 radələrində baş verən zəlzələnin ocağı Santa-Yelena şəhərindən 27 km şimalda, 18,5 km dərinlikdə yerləşir.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. 

Bundan əlavə, Solomon adalarında da 5,4 bal gücündə zəlzələ qeydə alınıb. Təkanlar yerin 10 kilometr dərinliyində olub.

Dünən isə Yunanıstanda 5,6 bal gücündə, Papua-Yeni Qvineyada isə 6.1 bal gücündə təkanlar olub. İki gün öncə isə Rusiyanın Kamçatka bölgəsində güclü zəlzələ baş verib.

Xəbər lenti
0