BAKI, 21 mart - Sputnik. Xəzər dənizində zəlzələ olub.
Bu barədə Sputnik Azərbaycan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumat verir.
Qeyd edilir ki, zəlzələ yerli vaxtla saat 19:43:-də, 4,5 maqnitudada qeydə alınıb. Zəlzələnin episentri 13 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.