Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi

© Sputnik / Aleksey Vovk / Mediabanka keçidUkraynada aksiyalar davam edir, arxiv şəkli
Ukraynada aksiyalar davam edir, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Kiyev Rusiya ilə 50-yə yaxın sazişi ləğv etməyi planlaşdırır

BAKI, 18 yanvar — Sputnik. Rəsmi Kiyev Rusiya ilə 50-yə yaxın sazişi ləğv etməyi planlaşdırır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin bu gün keçirdiyi brifinqdə bildirib.

O, həmçinin vurğulayıb ki, ölkələr arasında 49 sənəd ləğv edilib.

Klimkin, söz verib ki, Ukrayna davamlı şəkildə bu yolla gedəcək: "Biz hazırda Rusiya əlaqələri kompleks şəklində aşağı endirmişik. Heç kim bizim münasibətlərimizdə bir normallığa iddia edə bilməz. Biz bunu qəti şəkildə keçmişik. Bu nə sabah, nə də bu gün olacaq ".

Xatırladaq ki, 2018-ci ilin 10 dekabrında Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsi ilə Rusiya arasındakı "Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə"nin qüvvəsinin dayandırılması barədə qanun layihəsini təsdiqləyib. Müqavilə bu ilin aprel ayının 1-də rəsmən qüvvədən düşəcək.

Xəbər lenti
0