Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Beş idmançı Azərbaycanı təmsil edəcək

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidAğır atletika məşqləri. Arxiv şəkli
Ağır atletika məşqləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan yığma komandasının üzvləri də mübarizəyə qoşulacaq

BAKI, 29 mart — Sputnik. 6-13 aprel tarixlərində Gürcüstanın Batumi şəhərində kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.

Sputnik Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 42 ölkədən 401 atletin (187 qadın və 214 kişi) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də mübarizəyə qoşulacaq. Asif Məmmədovun rəhbərliyi altında körpücük üzərinə qalxacaq millimizin heyəti Kənan Xəlilov (73 kq), Kənan Əliquliyev (81 kq), Nailxan Nəbiyev, Kamran İsmayılov (hər ikisi – 96 kq), Əliş Nəzərovdan (102 kq) ibarət olacaq.

 

Xəbər lenti
0