UEFA qadın futbolunun inkişafı üçün rekord məbləğ ayırmağı planlaşdırır. Bu haqda UEFA-nın hazırkı prezidenti Aleksander Çeferin Romada keçirilən İcraiyyə Komitəsinin iclasında deyib.
Futbol şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, bizdə qadına futboluna yanaşmada ikili standart hökm sürür:
“İyirmi il əvvəl də qadın futbolu məsələsi gündəmə gələndə qeyri-ciddi qarşılanmışdı. Təbii ki, ötən müddət ərzində yanaşmalarda fərqlər müşahidə olunur. Amma idarəçilikdə olan boşlularla nəyəsə nail olmaq mümkün deyil. Dünya praktikasında inkişafa nail olmaq üçün yollar mövcuddur. Əgər qadın futbolu ilə bağlı normal ölkə çempionatı yoxdursa, ordan-burdan üç-beş adam yığıb bunu qadın futbolu kimi təqdim etmək doğru deyil. Bu işə aşağı yaş qruplarından başlamalı və kompleks işlər görülməlidir. “Bizdə də qadın futbolu var” yanaşması olduqca yanlışdır”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz