Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda elektromobillər istehsal edilə bilər

CC0 / Afrndz / Electric CarЗаправка электромобиля
Заправка электромобиля - Sputnik Azərbaycan
Abunə olmaq
"Ölkədə elektromobillər yalnız dövlət dəstəyi hesabına istehsal edilə bilər, lakin bunun üçün zəruri infrastruktur hələ yoxdur"

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 27 mart – Sputnik. Önümüzdəki illərdə Azərbaycanda avtomobil istehsalının ən perspektivli istiqaməti elektrikli nəqliyyat vasitələrinin (elektromobillərin) deyil, sıxılmış təbii qaz (Compressed natural gas (CNG)) yanacağı ilə işləyən maşınların istehsalıdır. Bunu Sputnik Azərbaycan-a müsahibəsində “AzerMash” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Emin Axundov deyib.

Şəmkir sakini əfsanəvi sovet avtomobilinə ikinci həyat bəxş edib   - Sputnik Azərbaycan
VİDEO
Şəmkir sakini əfsanəvi sovet avtomobilinə ikinci həyat bəxş edib

Qeyd edək ki, “Xəzər” (Khazar) avtomobil zavodunun rəsmi açılışı 29 mart 2018-ci ildə Azərbaycan və İran prezidentləri İlham Əliyevlə Həsən Ruhaninin iştirakı ilə reallaşıb.

Axundovun sözlərinə görə, "Khazar" avtomobil zavodunda cari ildə 3 minədək avtomobilin istehsalı nəzərdə tutulur ki, onun da 300-ünün Ukraynaya ixrac ediləcəyi artıq müəyyənləşib. Elektriklə işləyən avtomobillərin nə zaman buraxılacağına gəlincə, direktor deyib ki, bu gün bu, ən çox verilən suallar arasındadır.

"Lakin bu qəbildən olan avtomobillərin istehsalı və saxlanılması başa başa gəlir. Bu gün istehlakçılar üçün sıxılmış təbii qazla işləyən avtomobillərin istismarı daha sərfəlidir. CNG ilə işləyən avtomobillər həm ucuzdur, həm də ekoloji cəhətdən benzin və dizeldən daha təmizdir” – deyə Axundov bildirib.

Bununla yanaşı, o, qeyd edib ki, zəruri hallarda, avtomobil zavodlarında “AzerMash” ASC-nin tərəfdaşlarının texnologiyalarından istifadə etməklə elektromobil istehsal edilə bilər.

Xatırladaq ki, 9 fevral 2019-cu ildə Hacıqabul Sənaye Məhəlləsində “AzerMash" ASC-yə məxsus yeni avtomobil zavodunun təməli qoyulub. Bu zavodda “AzerMash" ASC “QAZ qrupu” (Qorki avtomobil zavodu) ilə kommersiya məqsədli və xüsusi təyinatlı avtomobillərin istehsalı üzrə birgə layihə həyata keçirəcək.

Khazar minik avtomobili - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Milli avtomobilin yerli detallardan yığılmasına vaxt tələb olunur

“QAZ qrupu”nun satış və marketinq üzrə direktoru Oleq Markovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, Azərbaycanda üç cür avtomobil istehsal ediləcək ki, bunlar da dizel, benzin və metan qazı ilə işləyənlərdir: “Prinsipcə, yük seqmenti üçün çox effektivdir, yanacaq qənaəti xərclərin 30-60%-i səviyyəsindədir, daha ucuzdur. İndi yanacaqdoldurma kompleksləri infrastrukturunun nə qədər güclü inkişaf etdiyini öyrənmə mərhələsindəyik".

"Buna əsasən də biz mütləq bu cür avtomobilləri Azərbaycan sahibkarlarına təqdim edəcəyik. Bu, vəsaitlərə real qənaətdir və ekoloji nöqteyi-nəzərdən benzin və ya dizel yanacağının istifadəsi ilə müqayisədə sərfəlidir” – deyə Markov vurğulayıb.

“Əgər Azərbaycanda elektromobillərə tələbat yaransa, burada istehsalatda istifadə edilən texnologiyanın və mövcud potensialın hesabına, bu tələbatı ödəmək problem deyil. Azərbaycanda elektrik avtomobillərinin kütləvi istifadəsi üçün zəruri olan enerjidoldurma qurğuları infrastrukturu, ümumi elektrik təchizatı sistemi hələ formalaşdırılmayıb" - o, əlavə edib.

Markovun dediyinə görə, enerjidoldurma məntəqələri əlçatan olmalıdır: "Bu, vacibdir. Onu da deyim ki, belə avtomobillər ucuz deyil, əhəmiyyətli dərəcədə bahadır. Əgər elektriklə işləyən avtomobillərin inkişafı proqramının həyata keçirildiyi xarici təcrübəyə müraciət etsək, görərik ki, onlar 100% dövlət dəstəyi, birbaşa dotasiyalar hesabına reallaşır. O da var ki, əgər qarşıya belə bir məqsəd qoyulsa, onu reallaşdırmaq mümkündür”.

"Ümumiyyətlə, elektromobillər bu gün mövcuddur, əldə edilir, lakin bu rəqəmlər böyük deyil. Bizim elektrik platformasında avtomobil və avtobusların istehsalı təcrübəmiz var. Ötən il bizim şirkət Moskvada elektrik avtobusları ilə təchizat müqaviləsini qazanıb” - deyə “QAZ qrupu”nun nümayəndəsi bildirib.

Hazırda elektromobillərin əsas istehlakçıları yüksək ekoloji və səssiz nəqliyyat vasitələrinə üstünlük verən məhdud klasterlər və məhdud zonalardır. “Ancaq böyük tələbat olduğu təqdirdə bu istiqamət digərləri ilə birlikdə inkişaf etdiriləcək və tələb olunacaq” – deyə Markov bildirib.

Neftçala Sənaye Məhəlləsində "AzerMash" ASC tərəfindən "Iran Khodro" şirkəti ilə birgə açılmış "Xəzər" (Khazar) avtomobil zavoduna 15 milyon dollar (75% "AzerMash", 25% "Iran Khodro") investisiya qoyulub. Zavodda 300 nəfər işləyir və burada il ərzində 10 min avtomobil yığmaq imkanı var. Eyni zamanda, burada zərurət olduğu halda, əlavə yer olmadan üçnövbəli iş qrafiki çərçivəsində ildə 30 min avtomobil istehsal etmək mümkündür.

Hacıqabul Sənaye Məhəlləsindəki  yeni avtomobil zavoduna qoyulmuş investisiyanın həcmi isə, təxminən 14 milyon manat (8 milyon dollardan artıq) olacaq. Bu zavodda 12 cür aztonnajlı "QAZ qrupu"ndan olan rus yük maşını yığılacaq ki, bu da 2020-ci ilin ikinci yarısına planlaşdırılır. İlkin mərhələdə burada 100 nəfər işləyəcək. İl ərzində isə burada istehsal edilən avtomobillərin sayı minədək artacaq.

Xəbər lenti
0