CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəmkir sakini əfsanəvi sovet avtomobilinə ikinci həyat bəxş edib

Abunə olmaq
Retro maşınlara qulluq etmək, onları saz vəziyyətdə saxlamaq olduqca çox vaxt, diqqət və vəsait tələb edən hobbilərdən biridir. Şəmkir rayon sakini Elbəyi Xəlilov bu cür maşınlardan olan QAZ-21 “Volqa” avtomobilinin həvəskarıdır.

Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində E.Xəlilov gözünü açandan “Volqa”nı həyətlərində gördüyünü, onunla bağlı çoxlu xatirələrinin olduğunu söyləyib. Buna görə də, atası vəfat edəndən sonra qarajda tozlanan avtomobili yenidən işlək vəziyyətə gətirmək qərarına gəlib.

1959-cu il istehsalı olmasına baxmayaraq, QAZ-21 heç 100 min kilometr də sürülməyib. Evdə digər iki avtomobili olmasına baxmayaraq, Xəlilov daha çox “Volqa”dan istifadə etdiyini, bir çox vəziyyətdən onu məhz bu avtomobilin çıxardığını etiraf edib.

Avtomobili Şəmkir sakinindən almaq istəyənlər də olduqca çoxdur. Amma o, atasının yadigarını satmaq deyil, ömrünün axırına kimi saxlamaq fikrindədir.

Xəbər lenti
0