ABŞ rəsmisi: “F-35”lərin Türkiyəyə tədarükü yaxın zamanda təxirə salına bilər

© AFP 2024 / JACK GUEZ "F-35" qırıcı təyyarəsi
F-35 qırıcı təyyarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə "S-500" zenit raket komplekslərinin alınmasına dair müqavilənin bağlanmasını istisna etməyib

BAKI, 21 mart - Sputnik. ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik işləri üzrə müavini Keti Uilbarger Rusiyadan S-400 almasına cavab olaraq Türkiyəyə F-35 qırıcılarının tədarükünün yaxın zamanda dondura biləcəklərini açıqlayıb. 

Sputnik Azərbaycan “Haberler”ə istinadla xəbər verir ki, S-400 hava müdafiə sistemləri ilə bağlı Türkiyə ilə ABŞ arasında böhran davam edir. ABŞ-ın "F-35"lərin Türkiyəyə tədarükünə hazırlıqları dayandıra biləcəyi bildirilib.

Зенитно-ракетный комплекс С-400 Триумф - Sputnik Azərbaycan
NATO-dan Türkiyəyə xəbərdarlıq: Əgər C-400-lər alınarsa...

Keti Uilbarger deyib: "S-400 bir kompüterdir, F-35 də bir kompüterdir. Kompüterinizi düşmən kompüterinə bağlamazsınız. Edəcəyimiz şey təməldə bu olacaq”. O, detallara dair məlumat verməyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə "S-500" zenit raket komplekslərinin alınmasına dair müqavilənin bağlanmasını istisna etməyib. Türkiyə lideri vurğulayıb ki, "S-400" zenit raketləri ilə bağlı müqavilə artıq bağlanıb və geri addım atıla bilməz. 

"Hər şey razılaşdırılıb - kredit şərtlərindən birgə istehsala qədər. İmzalar atılıb, geri addım atıla bilməz. Bu, əxlaqsızlıq olardı. Ümid edirəm ki, biz "S-400"-ün ilk partiyasını iyulda alacağıq. Ola bilsin ki, "S-400"-lərdən sonra biz "S-500"-lərlə bağlı variantları nəzərdən keçirdik" - Ərdoğan bildirib.
Xatırladaq ki, martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar, Rusiyadan "S-400" alarsa, Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb. 

Bakıda NATO-nun təlim kursu keçirilib - Sputnik Azərbaycan
Azərbaycan NATO-nun Kodifikasiya Sisteminə qoşulub

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib. 

"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - amerikalı sözçü vurğulayıb.

Xəbər lenti
0