NATO-dan Türkiyəyə xəbərdarlıq: Əgər C-400-lər alınarsa...

© AP Photo / Vadim SavitskyЗенитно-ракетный комплекс С-400 "Триумф"
Зенитно-ракетный комплекс С-400 Триумф - Sputnik Azərbaycan
Abunə olmaq
NATO-nun nümayəndəsinin sözlərinə görə, С-400 NATO texnologiyaları ilə uyğun gəlmir

BAKI, 8 mart — Sputnik. Rusiyanın C-400 "Triumf" zenit-raket komplekslərinin Türkiyə tərəfindən alınması NATO-da ciddi narahatlıq doğurur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə alyansın hərbi komitəsinin rəhbəri Peter Pevel bəyan edib.

NATO-nun nümayəndəsinin sözlərinə görə, С-400 NATO texnologiyaları ilə uyğun gəlmir və ona görə də kompleks alyansın ümumi hava əleyhinə müdafiə sisteminə daxil olmayaraq ayrıca vahid kimi tətbiq olunacaq.

Pavelin sözlərinə görə, əsas problem NATO-nun Türkiyədəki hərbi infrastrukturu barədə operativ məlumatdadır. O bildirib ki, bu məlumatlar Rusiya sisteminin yaddaşında qalacaq. 

Министерство обороны Азербайджанской Республики - Sputnik Azərbaycan
Azərbaycan daha bir NATO ölkəsi ilə hərbi əməkdaşlıq edəcək

Hərbi komitənin rəhbəri deyib ki, C-400-ün istismarı müəyyən hazırlıq səviyyəsini tələb edir və bununla bağlı rusiyalı hərbçilər Türkiyəyə gələrək yerli hərbçilərə təlim keçəcəklər, bu isə narahatlıq doğurur. Onun fikrincə, rusiyalı ekspertlər çox vacib kəşfiyyat məlumatlarına giriş əldə edəcəklər və onu öz ölkələrinə çatdıra bilərlər.

Bir müddət əvvəl ABŞ-ın C-400 məsələsinə görə Türkiyəyə qarşı sanksiya tətbiq ediləcəyi bildirilmişdi.

Ankara iki batareya C-400 almaq istəyir. Tərəflər həmçinin zenit-raket komplekslərinin Türkiyədə istehsalının inkişaf etdirilməsi üçün texnoloji əməkdaşlıq barədə razılığa gəliblər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın C-400-lə bağlı vəziyyətə görə təhdid dili ilə danışılmasına qarşı olduğunu bəyan edib. Prezident Rəcəb Tayyib Ərdoğan isə NATO-nu ikili standartlarda günahlandırıb. O xatırladıb ki, alyans Yunanıstanın C-300 almasına qarşı çıxmayıb.

Xəbər lenti
0