Serbiya qarışıb: Prezident sarayı və polis idarəsi mühasirədə

© REUTERS/Marko DjuricaSerbiyada etiraz aksiyaları
Serbiyada etiraz aksiyaları - Sputnik Azərbaycan
Abunə olmaq
Etiraz aksiyası iştirakçıları hökumət və prezidentin istefasını tələb edirlər

BAKI, 17 mart — Sputnik. Belqradda vəziyyət gərginləşib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, nümayişçilər prezident sarayı qarşısındakı polis kordonunu yararaq, sarayı mühasirəyə alıblar.

Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan
Serbiya prezidenti Azərbaycana təşəkkür etdi

Nümayişçilər əl-ələ tutaraq himn oxuyur və prezident Aleksand Vuçiçin onların qarşısına çıxmasnı tələb edirlər. Bundan əlavə, nümayişçilər polis idarəsinin qarşısına toplaşaraq, saxlanılan yoldaşlarının azad edilməsini tələb edirlər.

Buna qədər müxalifət nümayəndələri RTS telekompaniyasının binasını ələ keçirmişdilər. Amma az sonra nümayişçiləri binadan çıxarmaq mümkün olub və efir bərpa edilib.

Etiraz aksiyası iştirakçıları hökumət və prezidentin istefasını tələb edirlər.

Qeyd edək ki, hazırkı prezident Aleksandr Vuçiçə qarşı etirazlar ötən ilin dekabrınadan başlayıb.

Xəbər lenti
0