Serbiya prezidenti Azərbaycana təşəkkür etdi

© Sputnik / Murad OrujovMilli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli
Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Oqtay Əsədov: "Serbiya-Azərbaycan dost ölkələrdir"

BAKI, 22 may — Sputnik. Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Serbiya Respublikasının prezidenti Aleksandr Vuçiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, parlament sədri bu səfərin münasibətlərimizin inkişafında əhəmiyyətli rol oynayacağına inamını bildirib.

Azərbaycan və Serbiya prezidentlərinin təkbətək görüşü olub - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev Serbiya prezidenti ilə görüşüb

Qeyd edilib ki, ali qonaq bununla ikinci dəfədir Milli Məclisdə olur. Bu, özlüyündə parlamentlərarası əlaqələrin inkişafına göstərilən diqqətin bariz nümunəsidir.

Spiker münasibətlərimizin daha da dərinləşməsi üçün böyük imkanlar olduğunu söyləyib: "Dövlət başçılarının mütəmadi görüşləri, aparılan danışıqlar münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb. İndiyədək ölkələrimiz arasında 33 sənəd imzalanıb. Siyasi dialoqun yüksək səviyyəsi gələcəkdə iqtisadi münasibətlərimizə də öz müsbət təsirini göstərəcək. Bizim ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyadan və keçiriləcək biznes forumlardan gözləntilərimiz böyükdür".

Oqtay Əsədov bildirib ki, humanitar-mədəni sahələrdə əməkdaşlığımız təqdirəlayiqdir: "Serbiyanın Novı Sad şəhərindəki "Müqəddəs Petka" kilsəsinin və Belqraddakı "Bayraqlı Cami" məscidinin Azərbaycan Prezidentinin təşəbbüsü ilə təmir və bərpasını, Belqrad şəhərinin Taş Maydan parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəllərinin ucaldılmasını humanitar əməkdaşlığımızın nümunəsi kimi göstərmək olar".

Görüşdə sədr parlamentlər səviyyəsində münasibətlərimizin də yüksək səviyyədə olduğunu, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib. Parlament sədri tarixin müəyyən dönəmində separatizmlə üzləşmiş Serbiyanın ölkələrin ərazi bütövlüyü məsələsində tutduğu prinsipial mövqeyi yüksək dəyərləndirib.

Aleksandr Vuçiç ölkəmizə səfərindən, burada gördüklərindən məmnun qaldığını söyləyib. Ali qonaq bildirib ki, hər dəfə Bakıya gəlişində ölkə paytaxtının necə dəyişdiyinin şahidi olur: "Bütün bunlar ölkə başçısının apardığı siyasətin, görülən işlərin nəticəsidir. Biz Azərbaycanın ölkələrin ərazi bütövlüyü məsələsində tutduğu qəti mövqeyə görə Azərbaycan xalqına və dövlətinə minnətdarıq".

Serbiya prezidenti bildirib ki, Serbiya və Azərbaycan dost ölkələrdir: "Ölkələrimiz arasında iqtisadi, ticari münasibətləri dərinləşdirmək günün tələbidir. Beynəlxalq forumlarda və nüfuzlu təşkilatlar çərçivəsində deputatlarımızın mütəmadi görüşlərini əhəmiyyətli hesab edirik. Zənn edirik ki, bu münasibətləri gələcəkdə də inkişaf etdirmək ümumi mənafelərə xidmət edir".

Xəbər lenti
0