Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Gürcüstan seçimini etdi – Zurabışvilinin Yerevan səfəri suallara cavab verdi

© © official site of the President of RAGürcüstan prezidenti Salome Zurabişvili və Ermənistan prezidenti Armen Sarkisyan
Gürcüstan prezidenti Salome Zurabişvili və Ermənistan prezidenti Armen Sarkisyan - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanda onu da anlayırlar ki, ermənilərin əlinə imkan düşən kimi Cavaxetiyada vəziyyəti gərginləşdirəcəklər

BAKI, 16 mart — Sputnik. Ermənistanda səfərdə olan Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin bu ölkənin rəhbərliyi ilə danışıqlarının əsas müzakirə predmeti regional münaqişələr olub. "Gürcüstan və Azərbaycan ərazilərinin işğalı" ilə bağlı bəyanatda Gürcüstan dövlətinin başçısı nəinki Dağlıq Qarabağ üzrə öz mövqeyini təsdiq edib, həm də Ermənistan rəhbərliyinin ünvanına ittihamlarla çıxış edib.

Совместный брифинг президентов Армении и Грузии Aрмена Сaркисяна и Саломе Зурабишвили - Sputnik Azərbaycan
“Ermənilər və azərbaycanlılar sülh içində yaşamalıdır” – Zurabişvili mesaj verdi

Salome Zurabişvilinin sərt mövqeyi Gürcüstanın bütün postsovet dövrü ərzində Ermənistan-Azərbaycan münaqişəsinin tərəflərinə münasibətdə sərgilədiyi "bərabər uzaqlıqda" siyasətinə son qoya bilər.

Yerevandakı görüşlərdə, o cümlədən Ermənistan prezidenti Armen Sarkisyanla və baş nazir Nikol Paşinyanla görüşdə Salome Zurabişvilinin Bakı bəyanatları mövzusu müxtəlif kəskinliklə qaldırılıb. Lakin Gürcüstan prezidenti özünə bəraət qazandırmağa, yaxud da bəyanatını ört-basdır etməyə çalışmayıb. Əksinə, o, erməni tərəfinin ünvanına bir sıra iradlarla çıxış edib.

Ermənistan Milli Assambleyasının sədri Ararat Mirzoyanla görüş zamanı Salome Zurabişvili xəbərdarlıq edib ki, onun ölkəsi üçün Ermənistan tərəfindən Gürcüstanın ərazi bütövlüyünün sözdə deyil, əməldə tanınması vacibdir. Dövlət başçısı dərhal izahat verib ki, Dağlıq Qarabağın nümayəndə heyətlərinin Abxaziyaya və Cənubi Osetiyaya səfərlərini nəzərdə tutur. "Bununla da, səfərlərin təşkilatçıları özləri nümayiş etdirirlər ki, bu münaqişələr simmetrikdir" - Gürcüstan prezidenti narazılığını gizlətməyib. "Bu, çox təəssüf doğuran və ağrılıdır” - Salome Zurabişvili eyni əhvalda sözlərinə davam edib: “Biz hesab edirik ki, Ermənistanda ölkəmizə münasibətdə olmalı olduğu qədər xoş niyyət yoxdur”.

Vurğulayaq ki, Gürcüstan-Ermənistan münasibətlərinin tarixindən bəllidir ki, ermənilər bu regionda heç vaxt müstəqil siyasət apara bilməyiblər. Tbilisinin yaranmış vəziyyətdən istifadə etməsi anlaşılandır və indiki halda təkcə Gürcüstanın deyil, həm də regionun xeyrinədir. Söhbət Gürcüstanın Ermənistanı öz idarəçiliyinə salmasından gedir. Ermənistan gec-tez hansısa qonşu dövlətlərdən birinin çətiri altına girəcək. Gürcüstanın Ermənistanı himayəliyə götürməsi erməni dövlətçiliyinin mövcud olma variantlarından biridir.

Gürcüstanda onu da anlayırlar ki, ermənilərin əlinə imkan düşən kimi Cavaxetiyada vəziyyəti gərginləşdirəcəklər. Abxaziya və Osetiyadakı proseslərdə ermənilərin rolu bunun daha bir təsdiqidir. Gürcüstanın Ermənistanla bağlı siyasətində ABŞ-ın da rolu var. Gürcüstanı Rusiyanın üstünə təhrik edən də ABŞ idi. Gürcüstan özünün milli maraqlarına və təhlükəsizliyinə xidmət edən siyasətini bir qədər dəyişir və balans kursuna üstünlük verməyə başlayır.

Tbilisi anlayır ki, erməni separatizmi onun üçün problemlər yarada bilər. Erməni separatizmi nəticəsində müharibəyə cəlb olunmuş Azərbaycanın təcrübəsi Gürcüstan üçün örnək ola bilər. Çünki Gürcüstanda da bilirlər ki, erməni separatizmi ani olaraq qızışa bilər. Bütün bunları nəzərə alan Zurabizşvili Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək niyyətindədir. Bakı və Yerevan səfərləri zamanı o bunu açıq şəkildə nümayiş etdirdi.

Zurabaşvilinin Yerevan səfəri də sübuta yetirdi ki, Gürcüstanla Ermənistan arasında iqtisadi əməkdaşlığın yüksək səviyyəyə qaldırılması mümkün deyil.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb - Sputnik Azərbaycan
SİYASƏT
Mehriban Əliyeva Salome Zurabişvili ilə görüşüb

Ermənistan zəif ixrac və idxal əməliyyatına malikdir. Gürcüstanın cənub istiqamətinə çıxışı, xüsusilə İranla iqtisadi əməkdaşlığı ABŞ-ın sanksiyalarına görə mümkün deyil.

Siyasi araşdırmaçıların fikrincə, Ermənistan rəhbərliyi çalışır ki, Gürcüstanda etnik münaqişəni qızışdırsın, nəticədə Azərbaycan-Gürcüstan əlaqələri zəifləsin. Lakin Bakı və Tbilisidə bəyan etdilər ki, Cənubi Qafqazda yalnız Azərbaycan-Gürcüstan əlaqələri öz inkişaf tempinə görə regionda təhlükəsizliyə xidmət edəcək.

Onu da unutmaq olmaz ki, Azərbaycan hazırda Gürcüstanda ən böyük sərmayədardır. Digər tərəfdən, Azərbaycanın ticarət və nəqliyyat, eyni zamanda enerji yolları Gürcüstan və Türkiyə üzərindən keçir. Bu baxımdan hər üç dövlətin iqtisadi, mədəni, müdafiə və hərbi sahədə əməkdaşlığı və bu əməkdaşlığın inkişaf etdirməsi diqqəti çəkir. Bir sözlə, Tbilisi üçün Bakı ilə əməkdaşlıq daha cəlbedicidir. Ermənistanla strateji anlaşmaq bu mərhələ üçün real görünmür. Bakı artıq bölgə siyasətinə diktə edə biləcək bir oyunçuya çevrilir...

Xəbər lenti
0