CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən il 28, bu il 8 qurban - Təhlükə davam edir

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку
Карета скорой помощи в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Yalnız əlimizdə olan bu statistikalara əsaslanaraq, təkcə ötən ildə 28 nəfərin dəm qazından zəhərlənərək dünyasını dəyişdiyini söyləyə bilərik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Hər il olduğu kimi, ötən il də ölkəmizdə xeyli sayda insan dəm qazı zəhərlənməsindən dünyasını dəyişib. Sputnik Azərbaycan KİV-də yer alan xəbərlərə əsasən, 2018-ci ildə dəm qazından ölənlərin statistikasını hazırlayıb.

Təcili tibbi yardım - Sputnik Azərbaycan
Bakıda tələbə qız dəm qazından boğularaq ölüb

Ötən ilin yanvarın 21-də, 1970-ci il təvəllüdlü Ceyhun Əsgərov huşsuz vəziyyətdə aşkarlanıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Yanvarın 26-da, 1982-ci ildə anadan olmuş Əli İsmayılov Bakıda qaldığı evdə dəm qazından boğularaq ölüb.

Fevralın 19-da Gəncədə ər-arvad - Adil Abbasov və onun həyat yoldaşı, 51 yaşlı Yeganə Abbasova dəm qazından boğularaq dünyasını dəyişib.

Mart ayında da xeyli sayda dəm qazından zəhərlənmə hadisəsi baş verib. Belə ki, martın 2-də Azərbaycanın tanınmış hüquqşünası, yazıçı və jurnalisti, 1958-ci il təvəllüdlü Əyyub Kərimov dəm qazından zəhərlənərək ölüb.

Martın 4-də Sumqayıtda, 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Abbasov, 2010-cu il təvəllüdlü Zemfira Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Abbasovanın meyitləri aşkar olunub. Onların dəm qazından dünyalarını dəyişdiyi bildirilib.

Martın 6-da Bakıda dəm qazı daha iki uşağın ölümünə səbəb olub. Azyaşlı Dinarə Qüdrətova və Binyamin Qüdrətov qazdan boğularaq vəfat edib. Martın 10-da Bakıda Xaliq Rüstəmov və həyat yoldaşı Aynur dəm qazından zəhərlənərək dünyasını dəyişib. Martın 27-də "Bakı"nın sabiq futbolçusu Mustafa Kamal Söyləməz dəm qazından zəhərlənərək vəfat edib.

Aprelin 4-də Lənkəran sakini, 1983-cü il təvəllüdlü İlkin Bayramov dəm qazından zəhərlənərək dünyasını dəyişib. Ötən ilin 24 oktyabr tarixində, 1985-ci il təvəllüdlü, Quba rayon sakini Etibar Əliyev yaşadığı evin vanna otağında çimərkən hamama qaz sızması nəticəsində zəhərlənərək ölüb.

Noyabr ayında da dəm qazından zəhərlənmə nəticəsində bir neçə ölüm hadisəsi qeyd olunub. Noyabrın 11-də Bakıda ana Aygün Heydərova və onun azyaşlı qızı Məryəm dəm qazından zəhərlənərək ölüb. Noyabrın 20-də isə Bakının Binəqədi rayonunda 20 yaşlı gənc Namiq Mütəllimov dəm qazından boğularaq dünyasını dəyişib.

Qaz - Sputnik Azərbaycan
HADİSƏ
Masallıda ata, ana və oğul dəm qazından boğuldular

Noyabrın 27-də yeni ailə quran cütlük - 26 yaşlı Nafiz Feyzullayev və onu həyat yoldaşı, 21 yaşlı Gülşən Ağayeva dəm qazından zəhərlənərək dünyasını dəyişib. Noyabrın 28-də Sumqayıt sakini Kəmalə Ağayeva dəm qazından boğularaq ölüb.

Dekabr ayında da 4 belə hadisə yaşanıb. Dekabrın 3-də Nizami rayonu, Keşlə qəsəbəsində dəm qazından zəhərlənən azyaşlı, 2005-ci il təvəllüdlü Fateh Mərdanov dünyasını dəyişib. Dekabrın 19-da Lalə Məmmədova dəm qazından boğularaq dünyasını dəyişib. Dekabrın 24-də Mingəçevirdə 26 yaşlı Təbiət Zərbalıyev dəm qazından boğularaq dünyasını dəyişib. Dekabrın 31-də Sumqayıtda 1990-cu il təvəllüdlü Bəndalı Eldarlı yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Yalnız əlimizdə olan bu statistikalara əsaslanaraq, təkcə ötən ildə 28 nəfərin dəm qazından zəhərlənərək dünyasını dəyişdiyini söyləyə bilərik. Lakin bu ilin də ilk günlərindən etibarən dəm qazı canlar almağa davam edib. Bu il dəm qazından ölənlərin sayı ilə bağlı bu günədək olan son rəqəmlər və statistika isə belədir.

Yanvarın 9-da Sumqayıt şəhərində 1991-ci il təvəllüdlü Dilbər Məmmədova dəm qazından boğularaq ölüb. Yanvarın 11-də Sumqayıtda ana-bala dəm qazından boğulub. 1997-ci il təvəllüdlü Gülan Allahverdiyeva və 2014-cü il təvəllüdlü Rəşad Allahverdiyev fərdi yaşayış evində dəm qazından boğularaq ölüblər.

Fevralın 7-də Bakı şəhərində yaşayan 1964-cü il təvəllüdlü Hənifə Nurullayev, həyat yoldaşı, 1974-cü il təvəllüdlü Elnurə Zülfüqarova dəm qazından boğularaq dünyasını dəyişib. Fevralın 18-də Biləsuvarda 11-ci sinif şagirdi olan Elxanə Hüseynzadə dəm qazından boğulub. Fevralın 20-də isə Bakıda nənə - 1951-ci il təvəllüdlü Sevil Əliyeva və nəvəsi - 2008-ci il təvəllüdlü Ülvi İsmayılov dəm qazından boğularaq dünyasını dəyişib.

Əlimizdə olan məlumatlar cari ildə, ən azı 8 nəfərin dəm qazından dünyasını dəyişdiyini deməyə əsas verir.

Qeyd edək ki, Bakı şəhər Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov bir neçə gün öncə saytımıza açıqlamasında cari ayın ötən həftəsində dəm qazı zəhərlənməsi ilə bağlı 14 müraciətin daxil olduğunu bildirmişdi. Onlara ötən il müraciət edənlərdən isə yalnız iki nəfərin dünyasını dəyişdiyini vurğulamışdı.

Xəbər lenti
0