BAKI, 15 mart — Sputnik. İsveçrənin Nyon şəhərində Çempionlar Liqasında 2018/2019 mövsümünün 1/4 və 1/2 final mərhələsinin püşkü atılıb. Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadən püşkatmanın nəticələrini təqdim edir:
1/4 final mərhələsi
"Ayaks" (Hollandiya) - "Yuventus" (İtaliya)
"Liverpul" (İngiltərə) - "Portu" (Portuqaliya)
"Tottenhem" (İngiltərə) - "Mançester Siti" (İngiltərə)
"Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
Yarımfinal mərhələsində isə cütlüklər belə formalaşacaq:
"Tottenhem" - "Mançester Siti" / "Ayaks" - "Yuventus"
"Barselona" - "Mançester Yunayted" / "Liverpul" - "Portu"
Qeyd edək ki, 1/4 final mərhələsində ilk oyunlar aprelin 9-10-da, cavab matçları isə 16-17-də baş tutacaq. Yarımfinalda isə ilk görüşlər 30 aprel-1 may, cavab qarşılaşmaları isə 7-8 may tarixlərində keçiriləcək.