SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Bizim xarici siyasətimizdə dəyişiklik yoxdur" – İlham Əliyev

© Official website of President of Azerbaijan Republicİlham Əliyev VII Qlobal Bakı Forumun açılışında iştirak edib
İlham Əliyev VII Qlobal Bakı Forumun açılışında iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident: "Bütün dövlətlərlə sıx münasibətlərin qurulması bizim xarici siyasətimizin prioritetidir"

BAKI, 14 mart — Sputnik. "Bizim xarici siyasətimizdə dəyişiklik edilməyib. Burada hər hansı yeni bir siyasətdən söhbət gedə bilməz".

İlham Əliyev VII Qlobal Bakı Forumun açılışında iştirak edir - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycan Prezidenti "qırmızı xətt" çəkdi: "Yeni danışıqlar formatı qəbuledilməzdir"

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılışındakı nitqində deyib. "Ancaq təbii ki, dünyada vəziyyət dəyişir və bizim xarici siyasət təşəbbüslərimiz də ona uyğunlaşdırılır. Amma bizim xarici siyasətimiz sabit, proqnozlaşdırıla bilən və müstəqil siyasətdir. Xarici siyasətimiz bizim milli maraqlarımıza əsaslanır" - deyə dövlət başçısı bildirib.

Prezident vurğulayıb ki, bütün dövlətlərlə sıx münasibətlərin qurulması bizim xarici siyasətimizin prioritetidir: "Bu, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionumuzda sabitliyə yönəlmiş bir siyasətdir. Xarici siyasətimizin istiqamətlərinə gəldikdə, təbii ki, bizim təşəbbüslərimiz davam edib. Biz ənənəvi tərəfdaşlarımızla münasibətləri daha da möhkəmləndirmişik, eyni zamanda, yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq".

İlham Əliyev qeyd edib, hər bir ölkə üçün, o cümlədən Azərbaycan üçün qonşularla münasibətlər əsas prioritet təşkil edir: "Bu baxımdan da bizim qonşularla münasibətlərimiz daha da güclənib".

"Biz səmərəli əməkdaşlıq mühiti yarada bilmişik, qonşularımızla qarşılıqlı hörmətə əsaslanan bir əməkdaşlıq növü qurmuşuq. Biz nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və sərmayə sahələrində körpülər qurmağa nail ola bilmişik. Təbii ki, bu, bizim ənənəvi əməkdaşlığımızın sayəsində mümkün olub" - ölkə başçısı vurğulayıb.

Xəbər lenti
0