QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan Prezidenti "qırmızı xətt" çəkdi: "Yeni danışıqlar formatı qəbuledilməzdir"

© AZƏRTACİlham Əliyev VII Qlobal Bakı Forumun açılışında iştirak edir
İlham Əliyev VII Qlobal Bakı Forumun açılışında iştirak edir - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev: "Ermənistan hökuməti danışıqlar formatını dəyişdirməyə cəhd edir"

BAKI, 14 mart — Sputnik. "Biz ənənəvi tərəfdaşlarla münasibətlərimizi daha da möhkəmləndirmişik. Eyni zamanda yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq". Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılışındakı nitqində söyləyib.

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla birgə keçirdiyi mətbuat konfransı - Sputnik Azərbaycan
QARABAĞ
Ermənistan "yeni format" iddiasından geri çəkildi: Minsk qrupuna güvənirik

Prezident Azərbaycanın qarşılıqlı hörmətə əsaslanan səmərəli əməkdaşlıq mühiti yarada bildiyini, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və sərməyə qoyuluşu sahələrində əməkdaşlıq qurduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri barədə ətraflı danışan Azərbaycan Prezidenti bir milyondan çox qaçqın və məcburi köçkünün bu gün də bu işğalın nəticələrindən əziyyət çəkdiyini, xalqımıza qarşı etnik təmizləmə aparıldığını, tarixi abidələrimizin dağıldığını xatırladıb.

Dövlətimizin başçısı bildirib ki, bu işğal beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır.

"Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər" - deyən Prezident vurğulayıb.

İlham Əliyev bu formatın artıq uzun illərdir mövcud olduğunu bildirib və bunu dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi səciyyələndirib. Vurğulayıb ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır.

Dövlətimizin başçısı beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqdan danışıb və diqqəti ölkəmizin təşəbbüsü ilə yaradılan və artıq 10 ildir ki, mövcud olan "Bakı Prosesi"nin əhəmiyyətinə yönəldib, "Bakı Prosesi"nin BMT tərəfindən də dəstəklənən proses olduğunu vurğulayıb.

Xəbər lenti
0