CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirliyə müraciət: Vəziyyət təhlükəli həddə çatıb, onları vurmaq lazımdır

© pixabay / jasongillmanДым из двуствольного охотничьего ружья
Дым из двуствольного охотничьего ружья - Sputnik Azərbaycan
Abunə olmaq
"Bəzi bölgələrə vəhşi heyvanların hücum etməsinin səbəbi çox sadədir - heyvanlar artır, yem bazası azalır"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. "Son illər respublikada vəhşi heyvanların sayı artıb. Hansısa ərazidə canavar, çaqqal hücum edirdisə, bizə müraciət olunurdu. Bunun qarşısını almaq üçün tədbirlər görürdük. Bütün rayonlarda dayaq məntəqələrimiz vardı. Biz hücumun olduğu rayonla əlaqə saxlayırdıq və bir neçə günlük tədbirlər keçirilirdi. Ərazidə ovçulardan ibarət briqada təşkil edilirdi". 

Волки, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Kəndlilər təşviş içində: Vəhşi heyvanlar kəndə hücum edir

Bu barədə Sputnik Azərbaycan-a açıqmasında "Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyinin sədri Füzuli Əşrəfov məlumat verib. Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yaranandan sonra Avropa Konvensiyasına qoşulub və vəhşi heyvanların vurulması qadağan edilib.

"Mən hansısa Konvensiyanın əleyhinə deyiləm. Ancaq təbiət tənzimlənməlidir. Təbiət tənzimlənməsə, vəhşi heyvanlar vurulmasa, onlardan zəif olan heyvanlar, quşlar, həmçinin onların yumurtaları məhv olub gedəcək" - deyə sədr bildirib.

Əşrəfov qeyd edib ki, əgər çaqqal, canavar çoxalarsa, dovşanların, quşların nəsli kəsiləcək: "Çünki vəhşi heyvan "Qırmızı kitab" bilmir. Vəhşi heyvan yem axtarır. Vəhşi heyvanlar vurulmadığına görə sayları, yem bazası azalır. Yem tapmadıqlarına görə, kəndlərə hücum edir, əhaliyə zərər verirlər".

O qeyd edib ki, vəhşi heyvanların mütəmadi olaraq vurulması ilə bağlı Nazirliyə təklif ünvanlanıb: "Düzdür, ceyran, cüyür və sair heyvanların sayı artsa, yaxşı olar. Buna görə də vəhşi heyvanlar vurulmalıdır. Bəzi bölgələrə vəhşi heyvanların hücum etməsinin səbəbi isə çox sadədir - heyvanlar artır, yem bazası azalır. Bunun da qarşını almağın bir üsulu var, onları ara-sıra vuraraq azaltmaq".

ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təbiətdə vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə vurulması məqsədəuyğun deyil, çünki bunu təbiət özü tənzimləməlidir. 

Волки, фото из архива - Sputnik Azərbaycan
Təşviş artır: Yevlaxda canavarlar günorta vaxtı kəndə hücum edib

H.Əlizadə qeyd edib ki, 1979-cu ildə qəbul olunan, Avropanın vəhşi təbiəti, yabanı florası və təbii yaşayış mühitinin qorunması Konvensiyası canavarların ovlanmasını qadağan edir: "Azərbaycan bu Konvensiyanı 1999-cu ildə ratifikasiya edib. Bu səbəbdən də istisnalar olmaqla, vəhşi heyvanların vurulmasına icazə verilmir. Avropada bir müddət əvvəl bu cür yanaşma, canavarlara qarşı aqressiya olduğu üçün bu gün Avropada vəhşi təbiətdə canavar qalmayıb”.

© © KarikaturaOvçular
Nazirliyə müraciət: Vəziyyət təhlükəli həddə çatıb, onları vurmaq lazımdır - Sputnik Azərbaycan
Ovçular

Onun sözlərinə görə, vəhşi heyvanların kəndlərə də hücum etməsi hallarının qarşısını almaq üçün ETSN tərəfindən tədbirlər görülür: “Nazirlik bir neçə il əvvəl yırtıcıların insanlara hücumlarının qarşısının alınması üçün rayon şöbələrinə göstərişlər verib və komissiyalar yaradılıb".

"Əgər bizə hər hansı rəsmi məlumat daxil olarsa, komissiyalar ərazilərə gedir. Və mövcud problemlərin aradan qaldırılması üçün işlər görülür” - deyə Əlizadə vurğulayıb.

Qeyd edək ki, Vəhşi heyvanların ov obyektlərinə aid edilməsi, ov yerlərinin ayrılması, ovçuluq təsərrüfatının təşkili və onun həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Xəbər lenti
0