Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 20 fevral — Sputnik. Şəkidə xoşagəlməz hadisə baş verib. Belə ki, vəhşi heyvanlar rayonun Aşağı Göynük kəndində bir təsərrüfata soxulub. Nəticədə Şahin İbrahimova məxsus boğaz inəyi canavar parçalayıb.
Qeyd edək ki, sözügedən bölgədə vəhşi heyvanların, xüsusilə də canavarların kəndlərə hücumları çoxalıb. Kənd sakinləri aidiyyatı qurumlara müraciət etdiklərini bildirir.