CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil Nazirliyinə qarşı sərt ittiham: "İzahat versinlər"

© AR Ministry of EducationAzərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər həqiqətən də tələbə köçürülməsində şəffaflıq varsa, köçürülən şəxslər açıqlansın ki, kim hansı balla, hardan hara köçürülüb"

BAKI, 13 mart — Sputnik. "Deməli, mənim Təhsil Xidmətləri mərkəzim var, bu təşkilat ödənişli fəaliyyətlə məşğul olur. Təhsilin bütün səviyyələrində ödənişli elektron xidmətlər, məsləhət və bu kimi işlərlə məşğul oluruq".

Gözdən əlil - Sputnik Azərbaycan
Əlilliyi olan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov öz "Facebook" səhifəsində yazıb. "Bir müddət əvvəl tələbə köçürülmələri ilə bağlı xidmətləri başa vurduq. Bu zaman köçürülmə ilə bağlı bir valideyn də gəlmişdi. Övladı Bakı Dövlət Universitetinin kitabxanaçılıq ixtisası üzrə təhsil alırdı, amma Azərbaycan bölməsində, tədris ingilis dili olana keçmək istəyirdi" - o bildirib.

Ekspert qeyd edib ki, elektron kabinet yaradılıb: "Təhsil Nazirliyinin elektron sistemi ona icazə verirdi ki, bəli, keçə bilərsiniz. Bu da əsaslandırılmış səbəbini yazdı. Nəticələr açıqlananda bunun da köçürülməsinə müsbət cavab gəldi. Valideyn BDU-ya müraciət edəndə ona dedilər ki, bəs köçürülmələr ilə bağlı gələn siyahıda sənin adın yoxdur".

"Valideyn Təhsil Nazirliyinə müraciət edib. Ona o qədər çox, müxtəlif, fərqli cavablar veriblər ki, heç BMT o qədər qətnamə qəbul etməyib. Biri deyib ki, bəs, sən özün köçürülmədən imtina etmisən, biri deyib, sənin adının üstündən Təhsil Nazirliyində filankəs xətt çəkib, adın xoşuna gəlməyib" - Əsədov vurğulayıb.

"Axırda bir ağıllı da deyib ki, bəs, sizin köçürülmədən imtina olunub, əlinizdə olan kağız fotoşopdur. Həyasızlığın dərəcəsinə bax. Yaxşı, imtina olunubsa, hal-hazırda həmin tələbənin şəxsi kabinetindəki müraciətdə yazılır ki, ərizə yoxlanılır. Cavablar açıqlanıbsa, bundan imtina olunubsa, nə yoxlanılır?" - deyə ekspert sual edib.

Əsədov sonra diqqətə çatdırıb ki, artıq Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığına inanmır: "Əgər həqiqətən də tələbə köçürülməsində şəffaflıq varsa, köçürülən şəxslər açıqlansın ki, kim hansı balla, hardan hara köçürülüb".

Xəbər lenti
0