BAKI, 12 mart-Sputnik. Əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik təklif edilir.
Həmin qanunun 20-ci (Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı) maddəsinə əlavə təklif edilir.
Əlavəyə görə, əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.