CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağsu aşırımında tunel tikiləcək – Plan var

CC BY 4.0 / Tərxan Paşazadə / Ağsu aşırımı (cropped)Ağsu aşırımı, arxiv şəkli
Ağsu aşırımı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb

BAKI, 8 mart — Sputnik. Yolun texniki iqtisadi əsaslandırılması hesabatının son versiyası hazırlanır.

Atatürkün Tranzondakı iqamətgahı - Sputnik Azərbaycan
Atatürkün evindəki gizli tunel hara aparırmış?

Ağsu dolaylarında yolun əsaslı təmir edilməsi ilə bağlı Azərbaycan Hökuməti və Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında bağlanmış “Azərbaycan Magistral Avtomobil yolu” layihəsi üzrə Borc Sazişi və Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış Kredit Sazişi çərçivəsində “Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı-Ağsu hissəsi üzrə alternativ yol oxunun seçimi və texniki-iqtisadi əsaslandırma”nın hazırlanması nəzərdə tutulur

Sputnik Azərbaycan xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd edilir ki, alternativ yol oxunun seçilməsi və texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması üçün beynəlxalq rəqabətli tender keçirilib və İtaliyanın “NET Engineering S.p.A” məsləhətçi şirkəti ilə müqavilə imzalanıb. Mürəkkəb geoloji quruluşa və coğrafi mövqeyə malik ərazidə kifayət qədər dərin şəraitdə tunelin tikilməsi şərti ilə həyata keçirilməsi nəzərdə tutulan yolun texniki iqtisadi əsaslandırılması hesabatının son versiyası hazırlanır.

Xəbər lenti
0