CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lavrov Türkiyəyə gedir, Qafqazdakı vəziyyət müzakirə olunacaq

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidRusiya xarici işlər naziri Sergey Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
Görüş zamanı Rusiya – Türkiyə prezidentlərinin növbəti görüşünə dair hazırlıq məsələləri də nəzərdən keçiriləcək

BAKI, 7 mart — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov 12-13 mart tarixlərində Türkiyəyə rəsmi səfərə gedəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bildirib.

Пресс-конференция главы МИД РФ С. Лаврова - Sputnik Azərbaycan
RUSİYA
Sergey Lavrov: Türkiyə heç kəsə müyəssər olmayanı bacarıb

Səfəri zamanı rusiyalı nazir Antalya şəhərində hər iki ölkənin xarici işlər nazirlərinin sədrliyi ilə strateji planlaşdırma üzrə birgə qrupun VII iclasında iştirak edəcək.

Zaxarovanın sözlərinə görə, nazirlərin görüşü zamanı Rusiya – Türkiyə prezidentlərinin növbəti görüşünə dair hazırlıq məsələləri də müzakirə olunacaq.

Bundan əlavə Sergey Lavrov və Mövlud Çavuşoğlu terrorizmlə mübarizə sahəsində əməkdaşlıq, Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz, Mərkəzi Asiya, Ukraynadakı vəziyyət və Qara dəniz regionunda vəziyyət də daxil olmaq olmaqla beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.

Xəbər lenti
0