Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sergey Lavrov: Türkiyə heç kəsə müyəssər olmayanı bacarıb

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidПресс-конференция главы МИД РФ С. Лаврова
Пресс-конференция главы МИД РФ С. Лаврова - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya, Türkiyə və İranın Suriyada birgə hərbi əməliyyatlar planlaşdırmadığını deyib.

BAKI, 24 fevral - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya, Türkiyə və İranın Suriyada birgə hərbi əməliyyatlar planlaşdırmadığını deyib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Lavrov bunu Çin və Vyetnama səfərindən əvvəl Vyetnam televiziyasına, eləcə də Çinin STV və Feniks telekanallarına müsahibəsində deyib.

"Rusiya və İran Suriya ərazisində ərəb respublikası hökumətinin qanuni dəvəti əsasında hərəkət edir" - deyə rus nazir bildirib.

Lavrovun sözlərinə görə, Türkiyə öz təhlükəsizliyinə qarşı yaranan təhdidlərlə bağlı narahatlığını ifadə edir. Suriya hökuməti isə Türkiyə hərbçilərinin onun ərazisinə daxil olmasına etiraz edir.

"Bütün bunlara baxmayaraq, Türkiyə Astana formatının yaradılmasını dəstəklədi. Bu, proqmatik qərardır. Suriya ərazilərinin əksər hissəsində real atəşkəs əldə etmək və hökumətlə silahlı müxalifət arasında birbaşa dialoqa başlamağı təmin etmək hələ heç kəsə müyəssər olmayıb" - deyə Lavrov əlavə edib.

Xəbər lenti
0