Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən 2 nömrəli uşaq evinin sakini 14 yaşlı Xanım Əhmədiyeva Rusiyanın NTV telekanalının “Sən supersən!” beynəlxalq vokal müsabiqəsinin seçmə mərhələsindən keçib.
Rusiyanın NTV telekanalı və “Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun “Sən supersən!” layihəsi valideyin himayəsindən məhrum olmuş istedadlı uşaqlara bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. "Sən supersən!" layihəsində MDB ölkələrindən, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna, Estoniyadan uşaq iştirak edir.
Xanım hələ uşaq yaşlarından oxumağa başlayıb, lakin onun istedadına heç kim əhəmiyyət verməyib. Uşaq evinə düşdükdən sonra isə vokal üzrə müəllimlər Xanımın istedadının fərqinə varıblar və onunla ciddi məşğul olmağa başlayıblar. İndi isə Xanım beynəlxalq vokal müsabiqəsinin iştirakçısıdır.
Qeyd edək ki, Xanım qardaşı ilə birlikdə dörd ildir ki, 2 nömrəli uşaq evində yaşayırlar. Onlar uşaq evinə ailələrindəki qarışıq vəziyyətə görə düşüblər.
"Sən supersən!"in iki mövsümünün iştirakçıları Sputnik Azərbaycan-da görüşüblər >>