Qeyd edək ki, bu il Azərbaycanı Bakıdan 14 yaşlı Xanım Əhmədiyeva təmsil edir. O, qardaşı ilə birlikdə dörd ildir ki, 2 nömrəli uşaq evində yaşayırlar. Onlar uşaq evinə ailələrindəki qarışıq vəziyyətə görə düşüblər.
Rusiyanın NTV telekanalı və “Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun “Sən supersən!” layihəsi valideyin himayəsindən məhrum olmuş istedadlı uşaqlara bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. "Sən supersən!" layihəsində MDB ölkələrindən, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna, Estoniyadan uşaq iştirak edir.
Qeyd edək ki, Azərbaycanı müsabiqənin ilk mövsümündə iki iştirakçı – Bakı şəhərindən Pərvanə Alcanova və Gəncə şəhərindən Xoşqədəm Mehdiyeva təmsil edib. Müsabiqənin ikinci mövsümündə isə Azərbaycanı Bakı şəhərindən Səməd Novruzov və Zaqatala rayonundan Namiq Cəbrayılov təmsil edib.