Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qadın güləşçiləri Serbiyada sınaq gözləyir

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidQadın güləşi
Qadın güləşi - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa Çempionatında qadınlar martın 6-8-də çıxış edəcək.

BAKI, 5 mart — Sputnik. Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Sputnik Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, sabah qitə birinciliyində qadın güləşçilərin mübarizəsinə start veriləcək. Məsul yarışda yığmamızın məşqçisi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Elis Manolova (65 kq) və Ceyla Nağızadə (68 kq) mübarizə aparacaq. Qeyd edək ki, Avropa Çempionatında qadınlar martın 6-8-də çıxış edəcək.

Xəbər lenti
0