BAKI, 5 mart — Sputnik. “Amedspor” və “Sakaryaspor” futbol klubları arasında baş tutan qarşılaşma zamanı qəribə hadisə baş verib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, “Amedspor”un futbolçusu Mansur Çalar gözlənilmədən əlində olan kəsici alət ilə rəqib komandanın futbolçusuna xəsarət endirib. Futbolçu kəsici aləti əlində gizlədərək meydançaya çıxara bilib və fürsət taparaq rəqibinə vurub.
Hadisənin videosu internetdə sürətlə yayılmağa başlayıb.
Amedsporlu futbolcu Mansur Çalar, Sakaryaspor maçına elinde gizlediği jiletle çıktı ve rakip takım futbolcularını yaraladı@TFF_Orgpic.twitter.com/QHhal7r14n
— Yeni Şafak Spor (@yenisafakspor) 3 марта 2019 г.
“Amedspor”un rəhbərliyi də bu barədə “Twitter”də açıqlama yayıb. Açıqlamada deyilir ki, futbolçuları günahkar deyil. Onlara qarşı şər və böhtan atırlar.