Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

On dörd ay işsiz qalan məşqçidən maraqlı addım

© Sputnik / Tarana KhudabakhshiyevaZiya Rəcəbov, “Azəryol”un məşqçisi
Ziya Rəcəbov, “Azəryol”un məşqçisi  - Sputnik Azərbaycan
Abunə olmaq
14 yaşlı uşaqlar akademiyaya dəvət olunur

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Azərbaycanda keçmiş voleybolçu və məşqçi Ziya Rəcəbov tərəfindən voleybol üzrə idman akademiyası yaradılıb. Bu barədə Sputnik Azərbaycan-a Ziya Rəcəbov özü məlumat verib. 

Азербайджанский дзюдоист Рустам Оруджев вышел в финал Летних Олимпийских игр - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanlı idmançı "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb

O deyib ki, 14 ay işsiz qalandan sonra bu qərara gəlib: "Gördüm ki, normal təklif yoxdur, həm də federasiyada vəziyyət günü-gündən pisləşir, qərara gəldim ki, uşaq voleybol komandası yaradım. Akademiya İdman Akademiyasında fəaliyyət göstərir. İstər oğlan, istərsə də 8-14 yaşlı qızlar akademiyaya dəvət olunur".

"Kimdə potensial varsa, çalışacağıq ki, üzə çıxaraq. Məqsədimiz voleybol üzrə milli komandamız üçün azərbaycanlı idmançılar yetişdirməkdir” - deyə məşqçi qeyd edib.

Qeyd edək ki, Ziya Rəcəbov 2015-2016-cı illərdə qadınlardan ibarət "Azəryol" komandasında ilk öncə ikinci məşqçi, daha sonra isə baş məşqçi vəzifələrində çalışıb. Eyni zamanda kişilərdən ibarət Milli yığma komandanın da köməkçi məşqçisi vəzifəsini icra edib. 2017-ci ildə 4 ay "Neftçi" kişi voleybol klubunun baş məşqçisi olub. “Neftçi”dən ayrılandan sonra isə işsiz qalıb.

Xəbər lenti
0