Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Karatenin “brilyantı”: "Desəm ki, yeriyə bilmirəm, yalan olar"

Abunə olmaq
Məşhur karateçimiz Sputnik Azərbaycan-a gələcək planlarından danışdı

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Bu gün Azərbaycanın məşhur karateçisi, dəfələrlə dünya və Avropa çempionu, “Karatenin brilyantı” adlandırılan Rafael Ağayevin doğum günüdür. 34 yaşı tamam olan idmançı Sputnik Azərbaycan-a açıqlama verərək deyib ki, mart ayının sonlarında keçiriləcək Avropa Çempionatında iştirak edəcək.

Rafael Ağayev - Sputnik Azərbaycan
İDMAN
Rafael Ağayev növbəti dəfə Avropanın birincisi oldu - VİDEO

O bildirib ki, keçən ildən yarışlara xüsusi hazırlaşır: “Çünki qarşıda olimpiya oyunları gəlir. Hal-hazırda komandamız Avstriyadadır. Mən o yarışa getmədim. Avropa çempionatına hazırlaşıram. Martın 8-dən milli komandanın Avropa çempionatına hazırlığı başlayır. Martın 25-nə kimi təlim məşq toplantısı olacaq. Hətta Özbəkistan və Qazaxıstan komandaları da bizimlə birlikdə təlim məşq toplantısına qatılacaq. Bu il bütün yarışlar əsasdır. Hər yarışdan qazandığımız medal bizə olimpiadada iştirak etmək üçün əlavə xal verəcək. Ona görə hər yarışa məsuliyyətlə yanaşırıq. Əlimizdən gələni edirik”.

“O ki qaldı zədəyə, desəm ki, indi yeriyə bilmirəm, yalan olar. Amma desəm ki, zədəm yoxdur, o da yalan olar. Sağ ayağımdan iki dəfə əməliyyat olunmuşam. İndi də həmin zədə məni incidir. Sadəcə olaraq məşqlər çox olanda şişir və zədəyə buz qoymalı oluram. Əlimdə də zədə var, amma o qədər bilinmir. Əsas ayağımdakı zədədir. Allah güc versin, yarışlarda qələbə qazanım” – deyə Ağayev əlavə edib.

Xəbər lenti
0