BAKI, 4 mart – Sputnik. Azərbaycan millisinin atleti Nazim Babayev Avropa çempionu tituluna yiyələnib. Sputnik Azərbaycan-ın məlumatına görə, 22 yaşlı idmançı Şotlandiyanın Qlazqo şəhərində keçirilən qitə birinciliyində bu uğura nail olub.
© AP Photo / Alastair GrantNazim Babayev Avropa çempionu tituluna yiyələnib
![Azərbaycan atleti Avropa çempionu oldu - FOTO Azərbaycan atleti Avropa çempionu oldu - FOTO - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/41967/65/419676520_0:0:3094:2048_600x0_80_0_0_b2413f0146943ad7cc6cfac613622e4b.jpg)
Nazim Babayev Avropa çempionu tituluna yiyələnib
© AP Photo / Alastair Grant
Belə ki, Babayev qapalı məkanlarda keçirilən Avropa çempionatının üç təkanla tullanma yarışlarında bütün rəqiblərini qabaqlayıb. O, final mərhələsində 17,29 m nəticə göstərərək, qitə çempionu tituluna yiyələnib. Təmsilçimiz ilkin mərhələdə geri qaldığı, bu dəfə ən yaxın izləyicisi portuqaliyalı Nelson Evoranı 0,18 m üstələyib. İlk "üçlüy"ü isə 17,10 m göstərici ilə almaniyalı Maks Heb qapayıb.
Qeyd edək ki, N.Babayev təsnifat mərhələsində olduğu kimi, final mərhələsində də şəxsi rekordunu yeniləyib.