Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İlham Əliyev “Bakı 2019: Ulduzlar Finalı”nı izləyib

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев на встрече с представителями коллективов предприятий Сумгаитского Химического Промышленного Парка
Президент Ильхам Алиев на встрече с представителями коллективов предприятий Сумгаитского Химического Промышленного Парка  - Sputnik Azərbaycan
Abunə olmaq
UEFA Avropa Liqasının kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilib

BAKI, 3 mart – Sputnik. Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində martın 3-də paytaxtın mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Prezident İlham Əliyev, qızı Leyla Əliyeva qarşılaşmaya baxıblar.

 “Bakı 2019: Ulduzlar Finalı”nda “Qərb Ulduzları” və “Şərq Ulduzları” komandaları qarşılaşıblar.

Bakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda futbol məktəbi yanıb - VİDEO

Oyunda məşhur futbolçular Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, eləcə də yerli veteran futbolçulardan Vəli Qasımov, Nazim Süleymanov iştirak ediblər. Bundan başqa, Regionlar Liqasından Şöhrət Rəhimov, müsabiqə əsasında seçilmiş gənc futbolçular Zaman Zahirzadə, Məhəmməd Tanrıverdiyev və “İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov da oyunda iştirak ediblər.

Əvvəlcə Prezident İlham Əliyev oyunda iştirak edən futbolçularla görüşüb.

UEFA Avropa Liqasının kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilib.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra oyun başlayıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Qərb Ulduzları” komandasının 11:10 hesablı qələbəsi ilə başa çatıb.

Sonra Prezident İlham Əliyev oyunu izləyən azarkeşlər və uşaqlarla görüşdü, xatirə şəkilləri çəkdirib.

Xəbər lenti
0