BAKI, 26 fevral — Sputnik. İran parlamentinin deputatlarının böyük əksəriyyəti İran prezidenti Həsən Ruhaniyə məktub yazaraq ondan Məhəmməd Cavad Zərifi xarici işlər naziri postunda saxlamağı xahiş edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.
Bu gün parlament, həmçinin Məhəmməd Cavad Zərifin istefasını müzakirə edəcək.
Qeyd edək ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa səbəbinə dair ilkin məlumatlar yayılıb. İddialara görə, Zərifin istefasına səbəb Suriya prezidenti Bəşər Əsədin Tehrana səfəri barədə məlumatsız olması olub.
"Entekhab" nəşrinin məlumatına görə Cavad Zərif həmin saytın müxbirinə cavab olaraq yazdığı mesajda qeyd edib: "Bu gün baş tutan danışıqlar barədə fotolardan sonra Cavad Zərifin Xarici işlər naziri olaraq dünyada etibarı yoxdur".
"İSNA" nəşri isə yayımladığı xəbərdə Zərifin Suriya lideri Bəşər Əsədin İranın Ali dini lideri Əli Xamaneyi və prezident Həsən Ruhani ilə görüşünü nəzərdə tutduğunu qeyd edib.
Qeyd edək ki, ötən gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif gözlənilmədən vəzifəsindən istefa verib. O, "Instagram"da istefa verdiyini bildirib.
"İranın əziz və cəsarətli xalqı və hakimiyyəti son 67 ay ərzində mərhəməti üçün çox sağ olsun. Mən xidməti davam etməyə qadir olmadığıma və xidmət zamanı bütün çatışmazlıqlara görə səmimi şəkildə üzr istəyirəm" - deyə Zərif bildirib.
Daha əvvəl Məhəmməd Cavad Zərif İranın ABŞ-ı cavab tədbirləri ilə təəccübləndirəcəyini açıqlayıb.