Qonşuluqdakı gözlənilməz istefanın ilginc səbəbi

© AFP 2024 / ATTA KENAREВид на Тегеран, столицу Ирана, фото из архива
Вид на Тегеран, столицу Ирана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu gün baş tutan danışıqlar barədə fotolardan sonra Cavad Zərifin xarici işlər naziri olaraq dünyada etibarı yoxdur"

BAKI, 26 fevral — Sputnik. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefa səbəbinə dair ilkin məlumatlar yayılıb. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, iddialara görə, Zərifin istefasına səbəb Suriya prezidenti Bəşər Əsədin Tehrana səfəri barədə məlumatsız olması olub.

Глава внешнеполитического ведомства Ирана Джавад Зариф - Sputnik Azərbaycan
İran xarici işlər naziri istefa verdi

"Entekhab" nəşrinin məlumatına görə, Cavad Zərif həmin saytın müxbirinə cavab olaraq yazdığı mesajda bunu deyib: "Bu gün baş tutan danışıqlar barədə fotolardan sonra Cavad Zərifin xarici işlər naziri olaraq dünyada etibarı yoxdur".

İSNA nəşri isə yayımladığı xəbərdə Zərifin Suriya lideri Bəşər Əsədin İranın Ali dini lideri Əli Xamaneyi və prezident Həsən Ruhani ilə görüşünü nəzərdə tutduğunu qeyd edib.

Qeyd edək ki, ötən gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif gözlənilmədən vəzifəsindən istefa verib. Xarici İşlər Nazirliyinin başçısı "Instagram"da istefa verdiyini açıqlayıb.

"İranın əziz və cəsarətli xalqı və hakimiyyəti son 67 ay ərzində mərhəməti üçün çox sağ olsun. Mən xidməti davam etməyə qadir olmadığıma və xidmət zamanı bütün çatışmazlıqlarıma görə səmimi şəkildə üzr istəyirəm" - deyə Zərif bildirib.

Daha əvvəl Məhəmməd Cavad Zərif İranın ABŞ-ı cavab tədbirləri ilə təəccübləndirəcəyini açıqlamışdı.

Xəbər lenti
0